Zəlzələ qurbanlarının sayı durmadan artır…
Türkiyədə baş verən zəlzələ nəticəsində ölən və yaralananların sayı artıb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Ölənlərin sayı 21-ə, yaralıların sayı isə 1030-a çatıb.
***
Türkiyədə baş verən zəlzələdə ölən və xəsarət alanların sayı artıb.
APA-nın yerli bürosunun xəbərinə görə, ölənlərin sayı 20-yə, xəsarət alanların sayı isə 1015 nəfərə çatıb.
Türkiyənin Elazığ və Malatya şəhərində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb, 772 nəfər xəsarət alıb.
Bu barədə “Anadolu” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verib.
***
Türkiyə Fövqəladə Hallar üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Elazığ və Malatya rayonlarında şiddətli hiss edilən zəlzələ zamanı ümumilikdə 18 nəfər ölüb, 651 nəfər yaralanıb.
Türkiyə Daxili İşlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında zəlzələ zamanı xeyli sayda binanın çökdüyünü deyib. Bu səbəbdən ölən və xəsarət alanların sayının artdığı bildirilir. Nazir hazırda hərbi və tibbi briqadaların axtarışları davam etdirdiyini qeyd edib.
Fövqəladə Hallar üzrə Dövlət Komitəsindən bildirilib ki, Türkiyənin 39 rayonundan axtarış-xilasetmə briqadası, 180-dən çox xüsusi texnika zəlzələ ərazilərinə göndərilib.
Elazığ şəhərində yaşayan jurnalist Taner Gürman Baku TV-yə açıqlamasında ümumilikdə, 30-dan çox binanın çökdüyünü deyib. Jurnalistin sözlərinə görə, zəlzələdən zərər çəkən vətəndaşlar bölgədə olan məktəb və idman komplekslərinə yerləşdirilib. Ətraf bölgələrdə yaşayan əhali isə yük maşınları ilə zəlzələ ərazisinə xeyli ərzaq, 1700-ə yaxın yataq, 9 mindən çox yorğan göndərib.
Türkiyə İnsani Yardım Vəqfindən verilən məlumata görə, kömək üçün 300-ə yaxın könüllü xüsusi texnika və axtarış avadanlıqları ilə zəlzələ bölgəsinə göndərilib. Zəlzələnin ətraf ərazilərdə də hiss edildiyi bildirilir. (demokrat.az)