Türkiyədə qanunsuz miqrantları daşıyan kater batıb –9 nəfər həlak olub

0
758

Türkiyədə kater qəzaya uğrayıb.

“Report”un məlumatına görə, bu barədə “NTV” xəbər verib.

İlkin məlumata görə, hadisə Antalyada, Demre sularında baş verib. Belə ki, Avropa ökələrinə qanunsuz yolla keçmək istəyən qeyri-leqal miqrantları daşıyan kater batıb. Hadisə nəticəsində 9 miqrant həlak olub. Daha 5 nəfər isə xilas edilib.

Qəza nəticəsində 1 nəfər itkin düşüb. Onun axtarışına başlanılıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin