Türkiyədə FETÖ əməliyyatı – Həbs olunanlar var

0
36
İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi FETÖ terror təşkilatının üzvü olan şəxslərin saxlanılması istiqamətində əməliyyatları davam etdirir.
Türkiyənin İstanbul, Ankara, İsparta və Bolu şəhərlərində terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 28 dövlət qulluqçusundan 14-ü saxlanılıb. Onların, eyni zamanda, təşkilatın kriptoqrafik xəbərləşmə sistemi “Bylock”dan istifadə etdikləri də müəyyən olunub.
Şübhəlilərdən beşinin xaricdə olduğu aşkarlanıb. Hazırda digər şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir(azərtac).

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin