Türkiyə SQ: Afrində 3 əsgər şəhid olub, 5 hərbçi yaralanıb

0
700

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatında bir neçə hərbçi şəhid olub.

“RealMedia.az” xəbər verir ki, bu barədə “Hürriyyet” Türkiyə Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün keçirilən hərbi əməliyyatlarda 3 hərbçi həlak olub. Əməliyyat zamanı habelə daha 5 hərbçi yaralanıb.

Türkiyə Silahlı Qüvvələri PKK-nın Suriya qolu PYD və YPG-nin, habelə İŞİD-in azı 15 terrorçusunu zərərsizləşdirib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin