Türkiyə NATO-nun “Rusiya təhlükəsi”nə qarşı müdafiə planını dəstəkləməyib

0
49

Türkiyə hökuməti Baltikyanı ölkələrin və Polşanın “Rusiya təhlükəsi”ndən müdafiəsi üzrə NATO-nun planını dəstəkləməkdən imtina edib.

APA xəbər verir ki, bu barədə “Reuters” Şimali Atlantika alyansında olan mənbələrə istinadən məlumat yayıb.

Alyans nümayəndəsinin sözlərinə görə, Ankara Suriyada PKK terrorçularına qarşı apardığı hərbi əməliyyatlara NATO-dan siyasi dəstək tələb edib. Buna görə də Ankarada alyans ölkələrinin Türkiyəni dəstəkləməyəcəyi təqdirdə Rusiya tərəfindən mümkün hücum zamanı Baltikyanı dövlətlərə və Polşaya yardım haqqında hərbi planın imzalanmayacağı bildirilib.

Habelə Türkiyənin NATO-dakı nümayəndəsinə PKK-nın terror təşkilatı kimi tanınmasını təmin etmək üçün ittifaq üzvlərinə təzyiq göstərməsi tapşırılıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin