“Türkiyə Gülənin ekstradisiyasına nail olacaq” – ƏRDOĞAN

0
34

Türkiyə ABŞ-ın Pensilvaniya ştatında yaşayan FETÖ lideri Fəthullah Gülənin ekstradisiyası üçün axtarışlarını davam etdirəcək.

Bunu BMT Baş Assambleyası 74-cü sessiyasının açılışında iştirak etmək üçün Nyu-Yorkda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk diasporu və Birləşmiş Ştatların İslam icmasının nümayəndələri ilə görüşdə deyib.

Ərdoğan “15 iyul 2016-cı il tarixində 251 vətəndaşın ölümünə görə məsuliyyət daşıyan FETÖ-nün maskasını çıxarmağa” söz verib.

Türkiyə liderinin sözlərinə görə, Gülənin silahdaşları müsəlmanlar arasında nifaq toxumu səpməyə və dövlətlərarası münasibətlərə xələl gətirməyə çalışırlar.

Ərdoğan Fəthullah Güləni “şarlatan” adlandıraraq, rəhbərlik etdiyi təşkilatın bütün üzvlərinin və ortaqlarının gec-tez məhkəmə qarşısına çıxarılacağına inandığını bildirib: “Gülənin tərəfdaşları manqurtdur və biz onların oyunlarına uymayacağıq”.(virtualaz.org)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin