Türk ordusu PYD/YPG-nin bazasına zərbələr endirdi:“Tterror dəhlizinin yaradılmasına imkan verilməyəcək“

0
61
Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında yeni əməliyyat üçün hazırlıqlarını başa çatdırıb.
“RİA Novosti” xəbər verir ki,  Türkiyə aviasiyası Suriyanın Haseke əyalətindəki PYD/YPG bölmələrinin bazasına zərbələr endirib.
“Suriyalıların təhlükəsizliyini təmin etmək üçün etibarlı bölgə və dəhlizin yaradılması zəruridir. Bu, bölgəmizin sabitliyinə və əmin-amanlığına töhfə verəcək. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı heç vaxt sərhədlərimizdə terror dəhlizinin yaradılmasına imkan verməyəcək”, –  deyə nazirlik əlavə edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin