Türk hərbi mühəndisliyinin yeni xariqəsi – pilotsuz qırıcılar Azərbaycan Ordusunda

0
445

Ermənistanın Hindistan, İran silahları ilə öz ordusunu dirçəltməyə çalışdığı vaxtda “Bayraktar Kızılelma” qırıcıları düşmənin özünü yığışdırması üçün daha bir siqnal olacaq – ekspertlərin fərqli baxışı…

Xəbər verildiyi kimi, bir neçə gün öncə Türkiyənin ilk reaktiv pilotsuz qırıcısı – “Bayraktar Kızılelma” ilk uçuşunu uğurla həyata keçirib. “Yeni Müsavat” bildirir ki, bu barədə “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar məlumat verib. “Bayraktar Kızılelma” bir çox xüsusiyyətləri ilə diqqət çəkir.

Təyyarənin xüsusiyyətlərinə 1500 kiloqram faydalı yük, qabaqcıl xüsusiyyətlər, avtomatik qalxma və enmə, aşağı görünürlük, yüksək manevr qabiliyyəti, görüş xətti və baxış xəttindən kənar rabitə, AESA radarı ilə yüksək situasiya məlumatlılığı daxildir. Bu möhtəşəm hadisəni dəyərləndirən ekspertlərin açıqlamalarından qənaət hasil olur ki, baş verən hadisə Türk mühəndisliyinin yeni xariqəsi və mərhələ xarakterli prosesdir. Belə ki, PUA-lardan sonra pilotsuz döyüş təyyarəsi hazırlamaq və bunu ən mükəmməl səviyyəyə gətirərək, təftişçi gözlərin müşayiəti ilə göylərə qaldırmaq tarixi bir hadisədir.

Heç şübhəsiz, düşmənin yuxusunu daha da qaçıracaq pilotsuz qırıcılar Türkiyə Ordusunun ardınca Azərbaycan Ordusunda da öz layiqli yerini alacaq. Bəlkə də bu, eyni vaxtda baş verəcək. Çünki Prezident İlham Əliyevin az öncə söylədiyi kimi, Türkiyə Ordusu bizim, bizim ordumuz isə Türkiyənin Ordusudur. Üstəgəl, artıq Azərbaycan Silahlı Qüvvələri qardaş ölkə kimi faktiki NATO sisteminə keçib. Türkiyə milli müdafiə naziri Hulus Akar da bildirmişdi ki, Azərbaycan Ordusunu hər şeylə təmin edəcəyik. Ermənistanda xaricdən güc olan revanşist qüvvələrin hələ də sakitləşmədiyini, kapitulyant ölkənin təzədən və israrla Hindistan, İran silahları ilə öz ordusunu dirçəltməyə çalışdığı vaxtda “Bayraktar Kızılelma” qırıcıları sözsüz ki, düşmənlərin özünü yığışdırması üçün daha bir siqnal olacaq. Çünki təkcə Ermənistan deyil, Azərbaycana son aylar diş qıcayan, sərhədlərimizdə təlimlər keçirən İranı da nəzərə almaq lazımdır.

hərbi ekspert Ramil Məmmədli Archives » BAYRAQDAR MEDİA

Ramil Məmmədli

Hərbi analitik Ramil Məmmədli “Yeni Müsavat”a qeyd etdi ki, bu aparat ənənəvi döyüş təyyarələrindən fərqlənir: “Onun əsas fərqi pilotsuz qırıcı olmasıdır. Bu aviasiya vasitəsi pilotsuz uçuş aparatı hesab olunur. Sadəcə, döyüş təyyarəsi dizaynında hazırlandığına və ənənəvi PUA-lardan manevr cəhətdən üstün olduğuna görə türk mütəxəssislər onu döyüş təyyarəsi kimi təqdim edirlər. Əsas tapşırıq da yeni istehsal olunan “Anadolu” aviadaşıyıcı təyyarələrində istifadə edilməsidir”. Ekspert vurğuladı ki, Türkiyə “F-35″lərin verilməməsinə cavab olaraq belə döyüş təyyarələri istehsal etmək məcburiyyətində qaldı: “Ancaq türk hərbi qüvvələri yeni qırıcı təyyarəni tam öz parkına daxil etməyiblər. Məhsulun ixracına gəlincə, birmənalı fikir söyləmək çətindir, çünki türk mütəxəssislər istehsal etdiyi məhsulun həmişə ilk alıcısı kimi Azərbaycanı görürlər. Lakin Azərbaycan öz hərbi hava qüvvələri parkını ənənəvi döyüş təyyarələri ilə yeniləmək istəyir. Düşünmürəm ki, tezliklə həmin aviasiya vasitəsini alsın. Hələ ki “Bayraktar TB 2” PUA-ları ilə kifayətlənirik”.

Peyklərimizin axırı necə olacaq? - Osman Gündüz yazır...

Osman Gündüz

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzün sözlərinə görə, reaktiv “Kızılelma” hətta müasir müharibə konsepsiyasına da yenidən baxmağı tələb edəcək. Ekspert hesab edir ki, onun xeyli üstünlükləri var: “Gəmi göyərtəsinə eniş etmək, 1500 kq silah götürmək, 10 min metr hündürlükdə 5 saat havada qalmaq, radarlardan yayınmaq, çevik manevrlər etmək, süni intellekt texnologiyası ilə sürü halında fəaliyyət göstərmək və s. kimi xüsusiyyətlərə malikdir. Belə görünür ki, “hava-hava” tipli xüsusiyyətləri nəzərə almasaq, digər bütün sahələrdə “Bayraktar Kızılelma” gələcəkdə xeyli bahalı olan “F-16” və ya “F-35″in bir çox xüsusiyyətlərini mənimsəyə bilər. Artıq hətta “Akıncı”nın faydalı yükgötürmə qabiliyyəti F-16 səviyyəsindədir”.

O.Gündüzün fikrincə, bir çox inkişaf etmiş ölkələrin yuxusuna haram qatacaq reaktiv qırıcı saymaq olar: “Bu silah qırıcılar üçün tam yeni nəsil hesab olunur. “Kızılelma”nın Ukraynada qurulacaq “Baykar” zavodunda istehsalı planlanır. Mühərriki və elektronikasının müəyyən hissələri, proqram təminatları Ukraynada istehsal olunacaq”.

Emil SALAMOĞLU

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin