“Turan” İnformasiya Agenliyi fəaliyyətini dayandırdı – BƏYANAT

0
661
Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırıb.
Bu barədə agentliyin yaydığı bəyanatda bildirilir.
Məlumatda deyilir ki, agentliyin direktoru Mehman Əliyevin saxlanılması və ona qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar agentliyin bank hesabları dondurulub: “Belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi çox çətindir. Yaranmış vəziyyəti nəzərə alaraq, “Turan”ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandıracaq”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin