Trampa qarşı impiçment proseduruna hansı hallarda başlana bilər?

0
866

Ekspertlərə görə, bu olduqca uzun sürən və mürəkkəb prosesi ehtiva edir…

ABŞ prezidenti Donald Trampın Ağ Evdəki iqtidarı 6-cı ayına yaxınlaşır. Lakin hakmiyyətə gəldiyi gündən onun vəzifədən uzaqlaşdırılması məsələsi az qala hər gün danışılır. Dünya siyasi terminində isə bu prosedura “impiçment” adlanır.

Öncə qeyd etmək lazımdır ki, ABŞ tarixində Nümayəndələr Palatası sadəcə, 2 prezidentə qarşı impiçment ittihamını irəli sürüb, hər ikisi də Senatdan geri dönüb. İlk belə hadisə 1868-ci ildə prezident Endryu Ceksona başına gəlib. Həmin vaxt prezidentin vətəndaş müharibəsində məğlubiyyətə uğrayan cənub ştatlarına qarşı həddən artıq yumşaq davrandığını düşünən aşağı palatanın qanunvericiləri ona qarşı bu cür proseduru həyata keçiriblər.

İkinci vaqiə isə yaxın tarixə, 1998-ci ildə Bİll Klintonun prezidentliyinə təsadüf edir. Klinton Ağ Evin stajyoru Monika Levinski ilə yaşadığı seksual münasibətləri ilkin isitntaqda inkar etməsi, yəni ədalət mühakiməsinə yalan danışması səbəbindən vəzifədən uzalqşdırılma təhlükəsi ilə üzləşib. Əgər Donald Trampın Rusiya ilə bağlantılarına dair hər hansı bir şübhə faktla doğrulansa eyni hüquqi prosedur ona qarşı da tətbiq edilə bilər.

ABŞ mətbuatında Trampın hüquqşünaslarının artıq buna qarşı ön hazırlıqlara başladığı xəbərləri gəlir. Bukmeker kontorlarında Trampın impiçment şansı artıq 60% civarında qiymətləndirilir. Lakin hətta ən qatı Tramp əleyhdarlarının da özlərinin etiraf etdiyi kimi, impiçment çətin, mürəkkəb və uzun zaman alan bir prosedir. Vaxtilə Bill Klintonun impiçment işində iştirak etmiş və bu yöndə səs verən keçmiş respublikaçı konqresmen Bill Makkolumun “Time” jurnalına verdiyi açıqlamaya əsasən Donald Tramp tez bir müddətdə vəzifədən uzaqlaşdırıla bilməz.

Картинки по запросу İmpiçment

İmpiçment hardan gəlib?

Bu proseduranın əvvəli XIV əsrin İngiltərəsinə gedib çıxır. Həmin dövrdə bu prossesual tədbir olaraq özünü məhkəmənin hakimiyyətinin xaricində görən əyanlara və kral müşavirlərinə tətbiq olunurdu. Sonradan ABŞ Konstitusiyasının müəllifləri ölkədə tiranlığın yaranmasının qarşısını almaq məqsədilə eyni prinsipi prezidentlərə, vitse-przidentlərə, nazirlərə, federal hakimlərə və Ali Məhkəmənin hakimlərinə də aid etdilər. Uzun müzakirələrdən sonra “impiçmentin tətbiq edilməsi” müstəsna hüquq olaraq Nümayəndələr Palatasına verildi. “İstənilən impiçmentə (yəni artıq tətbiq olunan-red.) baxmaqla” bağlı müstəsna hüquq, yəni təqsirləndirilən şəxsin günahkar olub-olmamasını müəyyən etmək məsələsi isə Senata bəxş olundu.

İmpiçmentə əsas nə ola bilər?

Konstitusiyaya görə, impiçmentə əsas olaraq vətənə xəyanət, rüşvət alma və digər ağır cinayət və əməlin törədilməsi ola bilər. Praktikada isə impiçment məsələsinin hüquqi təfsiri yalnız siyasi şəraitdən asılı olaraq verilir.

Картинки по запросу impiçment nədir

Məsələn, Bill Klintona qarşı tətbiq olunan prosedur onun öz işçisinə qarşı seksual hərəkətlər icra etməsinə görə deyil, ilkin mərhələdə bunu məhkəmə önündə inkar etməsi səbəbindən başlanılmışdı. Çünki Klintonun həyat yoldaşına xəyanəti öz-özlüyündə federal cinayət hesab olunmurdu və Konqresin bir çox üzvləri əslində bu cür əməldə rahatlıqla ittiham oluna bilərdi.

İmpiçmetin aparılma qaydasına gəlincə, öncə Nümayəndələr Palatası impiçment prosedurunun başlanmasına səs verməlidirlər. Bunun üçün palata üzvlərinin sadə səs çoxluğu kifayət edir. İmpiçment haqqında təşəbbüsü istənilən konqresmen irəli sürə bilər.

Əgər prezidentə qarşı hər hansı bənd üzrə ittiham sadə səs çoxluğu ilə təsdiqlənsə, bu, onu faktiki olaraq təqsirləndirilən şəxs statusuna salır. Belə olan halda Senat məhkəmə rolunda çıxış edir.

Nümayəndələr Palatası ilkin baxışı həyata keçirərkən menecerlər adlanan xüsusi nümayəndələr təyin edir. Həmin nümayəndələr palatada ittiham tərəfinin rolunda çıxış edirlər. Prezident isə öz növbəsində onu müdafiə edəcək hüquqşünasları seçir.

İmpiçment aşağı palatada təsdiq olunarsa, Senat Ali Məhkəmənin sədrliyi altında iclas keçirir (Əslində Senatın sədri ölkənin vitse-prezidenti sayılır. Lakin o maraqlı tərəf sayıldığından işdə iştirak edə bilməz – red.). Senatorlar isə bir növ məhkəmənin münsiflər heyətinin üzvləri olaraq prosesdə yer alırlar. İclasda iştirak etmək məcburidir. Üzrlü səbəb göstərmədən iclasa gəlməyən senatorlar polis gücü ilə salona gətirilir.

İclasın daxili qaydası, yəni şahidlərin dindirilməsi və ya onların sadəcə olaraq yazılı ifadələrinin alınması kimi məsələlər Senat tərəfindən həll edilir. Təqsirləndirilən şəxsin gühakar olub-olmaması məsələsi senatorların fərdi fikri ilə müəyyən olunur. Qərarın qüvvəyə minməsi üçün isə Senat üzvlərinin üçdə iksinin, yəni 67 senatorun buna razı olması lazımdır.

Əgər son qərar prezidentin vəzifədən getməsi ilə bağlı olarsa, onun yerinə avtomatik olaraq vitse-prezident keçir.

Trampı impiçment gözləyə bilərmi?

Burada hər şey siyasi konyukturadan asılı olacaq. Tramp komandasının Rusiya bağlantılarını araşdıran xüsusi prokuror Robert Müllerin apardığı təhqiqat belə bir ehtimalı nəzərdə tutur. Texas ştatından olan demokrat konqresmen Al Qrin də Trampın FTB-nin keçmiş direktoru Ceyms Komiyə təzyiq göstərməsi səbəbindən ədalət mühakiməsinə mane olmaq cəhdinə görə, impiçment haqqında təşəbbüsü hazırladığını açıqlayıb.

Картинки по запросу tramp

Yuxarıda da qeyd edildiyi kimi, məhz eyni ittiham Həm Riçard Niksona, həm də Bill Klintona qarşı impiçmentə start verilməsi üçün əsas olmuşdu. Lakin burada prezidentin özünün ölkədəki siyasi çəkisinin hansı səviyyədə olması çox vacibdir. Nikson istefa verən ərəfədə reytinqi yerdə sürünürdü. Bu səbəbdən qanunverici orqanda özünə qarşı yaranan təhlükəni önləmək məqsədilə prosedur başlamadan istefa vermişdi.

Klintonda isə tamamilə fərqli bir durum hakim idi. Apardığı uğurlu iqtisadi islahatlar nəticəsində xalq arasında olduqca populyar olan Bill Klinton məhz bunun sayəsində Senatın mühakiməsindən yaxasını qurtara bilmişdi.

Trampla bağlı situasiya isə Niksonun vəziyyətini xatırladır. 6 ay içində seçkidə əldə etdiyi bütün populyarlığı aşağı yuvarlanan, mətbuatla müharibə vəziyyətində olan, dünyada da hər kəsin qınaq obyektinə çevirdiyi adam halına gələn prezident üçün vəziyyət olduqca təhlükəli sayıla bilər. Trampa təsəlli verən tək xüsusat Konqresin hər iki palatasında onun partiyasının üzvlərinin çoxluq təşkil etməsidir.

Vaqif Hüseyn,
Musavat.com

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin