Tramp NATO-nun köhnəlmiş təşkilat olması barədə sözünü geri götürüb

0
663

Terrorizmlə fəal mübarizəyə başlayan NATO artıq köhnəlmiş təşkilat deyil.

APA-nın ABC telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp NATO baş katibi Yens Stoltenberq ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

Tramp NATO baş katibinə, eləcə də Alyansa üzv ölkələrə Suriyanın “Şayrat” aviabazasına endirilən raket zərbəsini dəstəklədiklərinə görə minnətdarlığını bildirib.

“Deyirdim ki, NATO köhnəlib. Artıq belə deyil”, deyə ABŞ prezidenti vurğulayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin