Tramp Fələstin liderini “oyundan” çıxarır

0
752

ABŞ prezidenti Donald Trampın yeni həmləsi Fələstin lideri Mahmud Abbası aradan qaldırmaqdır.

Bu barədə İsrailin yerli mətbuat orqanları məlumat yayıb. İsrail ABŞ-ın Fələstin rəhbərliyi ilə bağlı dəhşətli planları olduğunu iddia edir.

Mahmud Abbası kimin əvəz edəcəyi ilə bağlı da bir neçə versiya irəli sürülüb. Qeyd olunur ki, son vaxtlar rəsmi Vaşinqtonla Ramallah arasındakı gərgin münasibətlər səbəbindən Mahmud Abbası İsraillə əməkdaşlıq edən qatil Məhəmməd Dahlan və ya Fələstinin sabiq baş naziri Salam Fəyyas əvəz edəcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iddia edilən məsələ ilə bağlı açıqlama verməyib. Dünya mediası Trampın M.Abbası hansı yolla oyundan kənarlaşdıracağını öyrənməyə çalışır.

Könül Cəfərli

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin