Toyda bəy və bacısı vuruldu

0
760
Türkiyənin Qars şəhərində toyda cinayət hadisəsi qeydə alınıb.
Şərafəttin Kapçak adlı bəy qız evinə gedərkən, bəxşiş almaq istəyən gənclər avtomobilin qarşısını kəsiblər.
Gənclərin əlində tüfəng olub. Gənclərdən biri tüfənglə ehtiyatsız davranıb və avtomobilə tərəf 2 güllə açılıb. Hadisə nəticəsində bəy və bacısı Necla Kapçak yaralanıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Başından yaralanan bəy əməliyyat edilib.
Hadisə ilə bağlı iki nəfər – E.Y. və M.Y. saxlanılıb. Araşdırma davam etdirilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin