Tixanoskaya: Lukaşenko hörmətini itirib, Putin bilir…

0
92

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya RBK-ya müsahibəsində Rusiya Prezidenti Vladimir Putini “müdrik idarəçi” adlandırıb.

RealMedia.az xəbər verir ki, xanım siyasətçi Putin və Lukaşenkonu münasibətlərini şərh edib.

“O, (Lukaşenko) 9 avqustdan sonrakı hərəkətləri ilə hətta mövcud olan kiçik hörmətini də itirdi. Putin bir müdrik lider kimi bütün bunları görür”, – deyə siyasətçi bildirib.

Tixanovskaya, həmçinin deyib ki, Lukaşenkonun Belarus müxalifəti, yaxud Polşa-Litva ilə bağlı sözlərini Putin bir insanın fantaziyaları kimi qəbul edir:

“İstənilən halda Putin müdrik rəhbərdir”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin