Tillerson: “Rusiya Suriyadakı kimyəvi hücumun qarşısını ala bilməyib”

0
656

ABŞ dövlət katibi Reks Tillerson Rusiyanı Suriyada baş vermiş kimyəvi hücumun qarşısını ala bilməməkdə günahlandırıb.

“Rusiya ötən həftə Suriyada 89 nəfərin həyatına son vermiş kimyəvi hücumun qarşısını ala bilməyib”, – Tillerson deyib.

Onun ABŞ telekanalı CBC-nin efirində dediyinə görə, Rusiya vaxtilə Suriyada kimyəvi silahın ehtiyatlarının məhv edilməsini prosesinə nəzarəti və onun istehsalının tam qadağan olunmasının məsuliyyətini üzərinə götürüb.

Bu səbəbdən, ABŞ dövlət katibinin fikrincə, Suriyada yenidən kimyəvi silahın tətbiq olunmasının günahı məhz Rusiyanın üzərinə düşür.

Cənab Tillerson deyib ki, “Rusiyanın əlbir olub-olmadığı və ya onun mütəxəssislərinin səriştəsiz olub-olmadığı, yaxud Suriya hökumətinin onları aldatdığı” vacib deyil, istənilən halda Rusiya tərəfi “beynəlxalq ictimaiyyət qarşısında öz öhdəliklərini yerinə yetirməyib”.

Bununla belə, cənab Tillersonun sözlərinə görə, ABŞ-da Suriyanın İdlib vilayətindəki Xan Şeyxun şəhərinə kimyəvi hücumun planlaşdırılmasilə bağlı Rusiyada məlumatın olmasını və ya Rusiyanın bu hücumda iştirak etməsini təsdiq edən sübutlar yoxdur.

Aprelin 4-də səhər saatlarında İdlibdəki Xan Şeyxun şəhəri bomba hücumuna məruz qalıb.

Hava zərbələrində sonra insanlar boğulmağa başlayıb. Zəhərli zarin qazının yayılması nəticəsində 89 nəfər həyatını itirib. Onlardan 33-ü uşaq, 18-i qadındır.

Müxalifət fəalları bildiriblər ki, Suriyanın şimal-qərbindəki şəhərə Suriya ordusu və ya Rusiya aviasiya təyyarələri zərbə ediblər.

Onlar, həmçinin bildiriblər ki, daha sonra zərərçəkənlərə yardım göstərilən yerli xəstəxanalara da raket hücumu baş verib.
Fransa, Britaniya və ABŞ qaz hücumunda Dəməşqi günahkar hesab edirlər.

Rəsmi Dəməşq hücuma aidiyyatını inkar edir.

Bəşər Əsəd rejimini dəstəkləyən Rusiya ehtimal edib ki, Suriya ordusu üsyançıların kimyəvi silah anbarını bombalayıb.
İdlibdəki hücumdan bir neçə gün sonra, aprelin 7-nə keçən gecə Kiprdən cənubda Aralıq dənizində olan iki Amerika hərbi gəmisi Suriyanın Homs vilayətinin qərbində Şeyrat aerodromuna 59 qanadlı raket buraxıb.

ABŞ prezidenti Donald Trump bu raket zərbələrini İdlib əyalətindəki kimyəvi hücuma görə “intiqam” adlandırıb.
Kreml ABŞ-ın davranışını pisləyib və bildirib ki, Suriya aviabazasına endirilmiş zərbələr özünü İŞİD adlandıran qruplaşmanın və “Cəbhət ən-Nüsrə” qruplaşmasının maraqlarına xidmət edib (BBC).

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin