Tiflis deşifrə etdi: erməni deputatlar saxta xəbər yayır

0
143

Gürcüstanda Ermənistanın daha bir dezinformasiyası aşkar edilib.

Axar.az xəbər verir ki, bu dəfə dezinformasiyanın yayılmasını İşıqlı Ermənistan Partiyasının sədri Edmond Marukyan təşkil edib. Marukyanın yaydığı videoda guya Gürcüstandan Azərbaycana gətirilən hərbi texnikanın vaqonlara yüklənilməsi yer alıb.

Marukyanın paylaşımına Gürcüstanın Ermənistandakı Səfirliyi dərhal reaksiya verib. Səfirlik görüntülərdəki yerin Borjomi olduğunu bildirib. Rəsmi Tiflisin nümayəndəliyi görüntülərdəki texnikanın Marukyanın dediyi kimi, Azərbaycana yox, Gürcüstana aid olduğunu açıqlayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin