Tiblisdəki erməni səfirliyi qarşısında aksiya- Girovlarımıza azadlıq tələb olundu + VİDEO

0
830

Bu gün Gürcüstanın paytaxtı Tiblis şəhərində yerləşən Ermənistan dövlətinin səfirliyi qarşısında  bir qrup azərbaycanlı fəal icazəli   etiraz aksiyası keçirib. Şəhər meriyası ilə razılaşdırılan aksiyanın başlıca tələbi erməni girovluğunda saxlanılan Azərbaycan vətəndaşları  – Dilqəm Əskərovla, Şahbaz Quliyevə  azadlıq istəməklə  bağlı olub.  Aksiyada girovluqda olan  Dilqəm Əskərovun oğlu Kürdoğlu Əskərov  da iştirak edib. Hal-hazırda aksiya davam edir. Ətraflı məlumat verməyə çalışacayıq.


Tədbir metronun Marcanişvili stansiyası qarşısından yürüşlə başlayıb. Aksiyada Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb olunub.

“Azərbaycanlı girovlara azadlıq!”, “Ermənistanın işğalına son!” şüarları altında keçirilən tədbirə azərbaycanlıların yerli təşkilatlarının nümayəndələri, azərbaycanlı fəal gənclər və tələbələr qatılıb.Tibilisi meriyası ilə razılaşdırılmış aksiya zamanı heç bir insident olmayıb.(Azinforum.az)

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin