Teymur Rəcəbov erməni rəqibinə qalib gəldi FOTO

0
359

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov növbəti görüşünü keçirib.

RealMedia.az xəbər verir ki, 33 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. Azərbaycanlı qrossmeyster bu mərhələdə erməni rəqibi üzərində 2,5 , 1,5 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib. Turnirin qalibi 60 min dollar qazanacaq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin