Terrorçuların əlindən qaçan qız etiraf etdi: “Hamı evə qayıtmaq istəyir” – FOTO

0
66

PKK terror təşkilatından qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olan qız övladları dağa qaçırılan valideynlərin Diyarbəkirdəki mərkəzinə baş çəkib.

“RealMedia.az” xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Türkiyənin Hakkari şəhərinin Şemdinli rayonunda 5 il əvvəl dağa qaçırılan və 9 ay əvvəl ailəsinin səyləri nəticəsində PKK-dan qaçan F.A. adlı qız terror təşkilatındakı insanların evlərinə qayıtmaq istədiklərini bildirib.
“İndiki dövr dağda olanlar üçün heç də rahat dövr deyil. Çünki kənddəki müharibəyə heç kim müqavimət göstərə bilmir. Mən dəqiq deyə bilərəm ki, hamı geri qayıtmaq istəyir və PKK buna görə çox narahatdır.

Hazırda hamının anasının yanındayam və buradan silah qaldıran dağdakılara səslənirəm. Bu acını ananıza yaşatmayın, valideynləriniz buna layiq deyil. Hər kəsin acılı günləri kənara qoyub anası ilə birgə olmasını istəyirəm.

Hazırda valideynlərimlə necə xoşbəxtəmsə, dağdakıların da o cür olmasını istəyirəm”, – deyə Hakkari sakini qeyd edib.

Terrorçuların əlindən qaçan qız etiraf etdi: "Hamı evə qayıtmaq istəyir" - FOTOTerrorçuların əlindən qaçan qız etiraf etdi: "Hamı evə qayıtmaq istəyir" - FOTOTerrorçuların əlindən qaçan qız etiraf etdi: "Hamı evə qayıtmaq istəyir" - FOTO

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin