Terror bölgəsi uşaqları üçün böyük layihə – fotolar

0
893

Türkiyənin Çocuq Oyunları ve Spor Klubları (COSKF) Federasiyası qardaş ölkənin teroor bölgəsi üçün mühüm layihələr həyata keçirtməkdə davam edir.

Musavat.com xəbər verir ki, bu qurumun varolma fəlsəfəsi Türkiyədəki və dünyadakı uşaqları gələnəksəl oyunlarla tanış etmək, onları oyunlara cəlb edib, xoşbəxt anlar yaşamasını təmin etməkdir. Ötən aylarda Bakıda səfərdə olarkən COSKF başqanı Mehmet Mutlu musavat.com-a bu barədə geniş açıqlama vermişdi. O, demişdi ki, cocuğu xoşbəxt olan ailə terrora dəstək verməz, o xoşbəxt uşaq atanın, ananın, qardaşın dağa çıxıb, terrorçulara qoşulmasını da əngəlləyər. Türkiyənin terror bölgəsinə “mutlu cocuq” prinsipi ilə yanaşan COSKF fəaliyyətini bu yay günlərində də davam etdirir.

Bu barədə musavat.com-a Federasiyanın yetkilisi Simge Çorbaçıoğlu məlumat verib və müxbirimizə bunları deyib“Cocuq Oyunları Federasiyası olaraq ölkəmizin cənub-şərqində və şərqi Anadoluda olan 8 vilayətdə uşaq festivalı layihəmizi 22 iyulda Diyarbəkirdə başlatmışıq. Bu layihə çərçivəsində sırayla 8 vilayətdə, hərəsində 2 gün olmaqla, həmin şəhərlərdə olan uşaqlarımıza ənənəvi uşaq oyunlarımızı oynadaraq (səksək, dəsmalqapma, kəndirçəkmə, çuval yarışı, və s.), unudulmağa üz tutmuş oyunlarımızı təkrarən keçirəcəyik.

Federasiyamız 2010-ci ildən bəri 60 mindən çox bu cür oyunların yarışmasını təşkil etmiş və bu işə davam etməkdədir.
Eyni zamanda uşaq (cocuq) festivalımızda şişmə oyun yolları, ilk yardım dərsləri də keçirilərək uşaqlarımıza unuda bilməyəcəkləri 2 gün yaşadırıq.

Məqsədimiz yalnız qərbdəki uşaqlarımıza tanınan imkanlarla kifayətlənməmək, bütün imkanlarımızı ölkəmizin şərqindəki uşaqlarımıza da təqdim etməkdir.

Hədiyyələrin də paylandığı bu şənlikdə marşrutumuz sırayla Diyarbakır, Mardin, Siirt, Van, Ağrı, Muş, Bingöl və Tunceli olacaq. Tədbirimiz Tuncelidə 13 avqustda (2017) başa çatacaq.

Bu layihəni getmədiyimiz digər şəhərlərimizdə də həyata keçirəcəyik”.

Aşağıda bu tədbirlərdə çəkilmiş bəzi fotoşəkilləri təqdim edirik.

Musavat.com

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin