Tarixi həqiqətlərin təhrif olunması yolverilməzdir

0
129
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 13 aprel tarixində ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış edərək qeyd edib ki, biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik. Azərbaycan tarixini silmək istəyənlər belə öyrədirdilər ki, guya Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Orada Sevan yoxdur, orada Göyçə var. Münaqişənin tarixi təhrif olunmadan xalqın yaddaşında qalmalıdır və tarixi həqiqətlərin təhrif olunması yolverilməzdir
Ermənistan münaqişənin həllini istəməyib. Əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin həllinin olmaması üçün hər şey ediblər. Onlar nəhəng istehkamları, müdafiə xətlərini tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyiblər.
Ermənistan Birinci Qarabağ müharibəsində də müharibə cinayətləri törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu. Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi. Mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xislətindən xəbər verir. Ermənilər günahsız mülki insanları yandırırdılar, öldürürdülər. Bir çox kəndlər erməni barbarlığının qurbanı olub. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Tərtər balaca şəhərdir, ora 16 min bomba atılıb, onlar hətta qəbiristanlıqda olan mərasimə də bomba atıblar. Onlar Bərdəni bombalayıblar. Onlar Naftalanı bomba ataraq beş nəfərlik ailəni qətlə yetiriblər. Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə davranıb, mülki şəxslərə zərər yetirməyib. Ermənistan tərəfində mülki əhali arasında tələfatın 40 nəfərdən az olması bunun əyani sübutudur.
Rəsmi İrəvanın revanş niyyətləri Ermənistan dövlətçiliyinin sonu deməkdir. Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq. Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb.
Sabitlik inkişafın əsasıdır. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Bizim əsas narahatlığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq. Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər böyük uğurdur. Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Bu, sabitliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır.
Regionun inkişafı strateji prioritetdir. Qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşular ilə müzakirə edir.
Beynəlxalq əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulmalıdır. İtaliya bizim ölkəmiz üçün çox yaxın tərəfdaşdır. Biz strateji tərəfdaşlıq haqqında ikinci sənədi imzaladıq. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. Biz möhkəm əməkdaşlığı davam etdiririk və bu əməkdaşlıq münaqişə zamanı və münaqişədən sonra sınaqdan çıxıb. Yenidənqurma planlarımızın ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik. Beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrinin inkişafına xüsusi diqqət yetirilməlidir. Xəzəryanı qonşularla əlaqələrimiz çox uğurla inkişaf edir və onların hər biri ilə bizim xüsusi əməkdaşlıq yolumuz var. Bunun ən böyük hissəsi nəqliyyata aiddir. Çünki Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilib. Bizim okeana birbaşa çıxışımız olmasa da, biz Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak edirik. Hazırda bu layihələrə daha çox ölkə cəlb olunub.
Qüdrətli Azərbaycan istənilən vəzifənin öhdəsindən gələ bilər, lakin bu, o demək deyil ki, bizim ərazi iddialarımız var. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Azərbaycanın mövqeyi açıq və aydındır. Əməkdaşlıq körpülərinin yaradılması üçün konstruktiv mövqe sərgilənməlidir. Azərbaycanlılar və ermənilərin qarşılıqlı əlaqəsi istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Burada və İrəvanda körpülər qurmaq üçün fəal olmalıyıq. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə biz qarşı tərəfdən hər hansı mesaj almamışıq. Hazırda Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyil. Ermənistan müxalifəti panikadadır. Azərbaycanafobiya, Türkofobiya əvvəllər də olduğu kimi ən böyük məsələdir.
Qələbə ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar işlərə artıq başlanılıb. Zəngilanın coğrafi mövqeyini nəzərə alsaq, mühüm daşınma və logistik mərkəz rolunu oynaya bilər. Qeyri-enerji sektoruna daha çox investorları cəlb etmək və biznes imkanları var.
Beyləqan RİH başçısının müavini,
İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri 
Yeganə Məmmədova

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin