Tanınmış müğənni koronavirusa yoluxub – Süni tənəffüs aparatına qoşulub

0
86

Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.

RealMedia.az xəbər verir ki, bunu “Report”a açıqlamasında müğənninin qohumu Razim Qarayev deyib.

O bildirib ki, S.Əlizadə 10 gün əvvəl COVİD-19 infeksiyasına yoluxub: “Ötən gün vəziyyəti ağırlaşıb. Axşam təcili yardım çağırmışdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsindədir və süni tənəffüs aparatına qoşulub. Müəlicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin