Tacirlə İlahə Fəda arasında QALMAQAL: “Arvadımı atıb, Fədayənin dalınca düşməliyəm?”

0
1282

Fədayə Laçının bacısı İlahə Fədanın müğənni Tacir Şahmalıoğlunun ünvanına səsləndirdiyi fikirlər Taciri özündən çıxarıb.

Yenicag.az-a açıqlama verən müğənni bunları deyib:

“Eşitdim o qız ağzına gələni danışıb. Ayıb olsun. Məni bütün Azərbaycan tanıyır, sənətimi də hamı dəyərləndirir. Necə yəni, mən müəllim deyiləm?! Necə yəni Fədayə ilə duet oxuyandan sonra tanınmışam?! Boş-boş söhbətləri ortaya atmasın. Fədayənin hirsini məndən çıxır, deyəsən. Mən neyləməliyəm? Gül kimi arvadım, uşaqlarım var, ailəli adamam. Arvad-uşağı atıb Fədayənin dalınca düşməliyəm. Fədayənin öz səhvidir, özü günah işləyibsə, günahının da cəzasını özü çəksin, məni ortalığa atmasınlar. Elə hamı Fədayəni məndən soruşur”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin