Təhsil nazirliyində “baharın 17 anı”nı gözləyən “şpiyonlar qrupu” – İTTİHAM

0
46

Uzun illər “Misir piramidaları”nın labirintlərində itib qalan Azərbaycan təhsilində son zamanlar müşahidə olunan islahatçılıq və inqilabi dəyişikliklər cəmiyyətin bütün təbəqələri tərəfindən təqdir olunur. Rüşvətin,korrupsiyanın məhv etdiyi təhsilimiz “fond pulu”, “süpürgə pulu” kimi aşağılayıcı ifadələrlə xarakterizə edilir, az qala lağ obyektinə çevrilirdi. Lakin dövlətin dəmir iradəsindən, şəxsən Mehriban xanımın bu məsələdə göstərdiyi prinsipiallıqdan sonra batmaqda olan gəmini xilas etmək mümkün oldu. İndi Azərbaycan təhsilində dəyişikliklər, inkişaf anbaan hiss edilir,nəticələr gündən-günə yaxşılaşır.
Dövlətin qəbul etdiyi islahat proqramlarını həyata keçirmək üçün ilkin şərtlərdən biri müasir dünyagörüşlü, yeniliklərə açıq kadrların olmasıdır. Məhz bir-birini tamamlayan bu iki şərt yerinə yetririləndə inkişaf müşahidə edilir. Təhsil Nazirliyində davamlı islahat proqramlarını reallaşdırmaq üçün bu kriteriyalara cavab verən şəxslər rəhbərliyə gətiriləndən sonra bu günkü müsbət dəyişikliklər dövrü başlandı. Necə deyərlər “çörəyi ver çörəkçiyə,birini də üstəlik.”
Qeyd edək ki, təhsil sistemini hər zaman diqqət mərkəzində saxlamışıq, “düzü düz, əyrini həmvar” yazmışıq. Diqqətli oxucularımız xatırlayarlar, hələ Ceyhun Bayramov nazir təyin edilməmişdən çox-çox əvvəl onun bu posta gətirilməsinin zəruriliyi barədə yazılar yazmış, fikirlərimi əsaslandırmışam. Sağ olsun dövlət başçımız, hər zaman olduğu kimi ən doğru zamanda ən düzgün qərarı verərək çoxminlik pedoqoji ictimayətin bu istəyini reallaşdırdı. Təsadüfi deyil ki, az müddətdə C.Bayramov təhsil sistemində oturaqlaşmış etolonları, stereotipləri yıxmağı bacardı, ölü sükunəti dirçəltməyə,bataqlığa çevrilməkdə olan dənizi ləpələndirməyə müvəffəq oldu. Məhəbbət Vəliyevanın nazir müavini təyinatından sonra aparılan islahatlara yeni bir ruh gəldi-Azərbaycan təhsilinin inkişafı davamlı xarakter aldı. Yuxarıda qeyd etdiyim kimi məhz bu iki şəxsin yenilməz iradəsi, qətiyyəti ehkamları rədd etdi, sistemdə özünə isti yuva qurmuş rüşvətxor, korrupsioner bürokratiyanı silkələdi, sıradan çıxardı. Tətbiq edilən şəffaf idarəçilik bu paragöz bürokratiyaya azacıq da olsa nəfəslik imkanını belə tanımadı, ciblərə axan milyonluk kanallar bağlandı. İndi təsəvvür edirsinizmi bütün bunlar C.Bayramova, M. Vəliyevaya elə sistemin içərisində nə qədər düşmənlər qazandırdı. Özü də “mehriban düşmənlər”!
Son zamanlar müəllimlərin işə qəbulu, ali məktəblərə qəbul proseslərində müəyyən problemlərin yaranması barədə müxtəlif informasiyalara rast gəlinir. Sualların tərtib olunmasında yol verilən yanlışlıqlardan tutmuş xırda texniki çatışmazlıqlara qədər olan bu “problemlər” palazqulaq araşdırmalara, tənqidlərə yol açır, təhsil nazirinin bacarıqsızlığı,məsuliyyətsizliyi kimi təqdim edilir. Maraqlıdır ki, az qala hələ problem yaşanmamışdan əvvəl medyaya sızan bu informasiyalar, tənqidlər haradan qaynaqlanır? Axı deyəsən bu dəfə də ağacı qurd elə öz içindən yeyir.
Təhsil nazirliyində yaxşıca kamufulyaj olunmuş, “Roma papasından daha artıq katolik” göstərisi yapan “mehriban düşmənlər” qrupu C.Bayramov-M.Vəliyeva islahatçılığına qarşı beləcə cəbhə açırlar. Xəyanətin izləri elə nazirliyin dəhlizlərində, kabinetlərində itir…
Oturduğu budağa balta çalan, nazirlikdən “şpionluq” edən bu qrup təkcə nazirə,nazir müavininə deyil, bütövlükdə dövlətin islahatlarına qarşı cəbhə açırlar. Dediyim kimi onların milyonluq gəlir mənbələri qapanıb, əvvəlki prestij yoxa çıxıb. Odur ki, “baharın 17 anı”nı gözləyən “şpionlar şəbəkəsi” hər vəchlə C.Bayramova çamur atır,ləkələyir, tənqid hədəfinə çevririr. Bu son savaşdır-çünki itiriləsi bir şeyi qalmayanlar üçün şərəfli mübarizə anlayışı itib artıq.
Bu məsələni çoxdandır müşahidə edirdim-araşdırırdım. Artıq bu şəbəkə barəsində təkzibolunmaz faktlara malikəm, onların hansı təhlükələr doğurduğu,hansı məkrli planlara malik olduğu barədə məlumatlıyam. Sanmasınlar ki, “şpionluqları” üzə çıxmayacaq, faş olunmayacaq. Qısa müddətdə onların xəyanətkar missiyaları barəsində geniş araşdırmalarımı diqqətinizə çatdıracağam. Onların belə fəaliyyəti üçün qoyulan 40 günlük müddət artıq çoxdan başa çatıb…(publika.az)

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin