Təhsil nazirinə rüşvətxor direktorlardan şikayət: “15 min manata müəllimlik işi olar?

0
2037
“Yenidən oxumaq imkanım olsaydı, inanın ki, bu sənəti seçməzdim…”
İyulun 25-də ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
Enter.News-un məlumatına görə, test mərhələsinə start verilən kimi müəllimlərin narazılığı üzə çıxıb.
Aynurə Nurəliyeva adlı xanım Facebook sosial şəbəkəsindəki hesabından  “Müəllimlərin virtual birliyi” qrupu vasitəsilə Təhsil Naziri Mikayıl Cabbarova müraciət edib.
O, iddia edib ki, Bakının mərkəzi məktəblərində işə qəbul olmaq rüşvətlədir: “Ay Mikayıl Cabbarov, şəhərdə o qədər məktəb var. Guya indi heç birində vakansiya yoxdur? Bu necə ola bilər ki? Ya birdəfəlik imtahanları ləğv edin, hamı bilsin ki, pulladır, ya da gecəsini, gündüzünə qatıb, oxuyub, əziyyət çəkənlərə rəhminiz gəlsin, əməlli-başlı vakansiyalar verin. 1-2 yer kənddə, Şüvəlanda, Nardaranda verməklə milləti dolamayın. İş yeri qiymətini də ildən ilə qaldırmayın, 15 min manata iş olar? O pulla biznes qurmaq mümkündür. Nə var-nə var, müəllimlər repetitorluq edəcək deyə qaldrıb qoymusuz bu ixtisası dağ başına. Yenidən oxumaq imkanım olsaydı, inanın ki, bu sənəti seçməzdim. Yenə rüşvət, rüşvət, rüşvət”
Xanım həmçinin Bakı məktəblərindəki direktorları da ifşa edib: “Direktorlar müəllimlərə deyib ki, gedin imtihanı verin, sonra gəlin yanıma. Ancaq nəzərə alın ki, mən tək deyiləm, nazirlik də var. Onların da pulu çatmalıdır”
Şikayətçi həmçinin iddia edib ki, direktorlar bilərəkdən vakant yerləri boş saxlayıblar və müsabiqəyə çıxarmayıblar. Bu da onların rüşvət almaq istəyi ilə bağlıdır.
Mövzunu diqqətdə saxlayırıq. Enter.News saytı həm şikayətçi Aynurə Nurəliyevanın, həm də Təhsil Nazirliyinin münasibətini dərc etməyə hazırdır. 

news-detail

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin