TƏCİLİ! Ukrayna RİSKLİ PLANLAR qurur – Hər şey orada başladı, orada bitəcək

0
199

Musavat.com xəbər verir ki, bu cəsarətli bəyanatdan sonra Ukrayna ordusu amansız döyüşlər gedən bölgədə irəliləyişi sürətləndirib. Qoşunlar Krıma aparan əsas bölgədə əməliyyatlar keçirir.

Ukrayna hakimiyyəti Krımın gələn yaya qədər geri alınacağını iddia edir.

Bəs Ukrayna həqiqətən də iki milyondan çox insanın yaşadığı və uzun müddət Rusiya donanmasının bazası olan yarımadanı geri ala, yaxud Xerson şəhərini geri alıb, sonra yarımadaya doğru hərəkət edə bilərmi? Bu addım nüvə müharibəsinə gətirib çıxarma ehtimalı varmı?

İngilis jurnalist İan Birrel mövzu ilə bağlı təhlilində Ukraynanın ciddi risk aldığını və bu risklərdən xəbərdar olduğu bildirib.

Təhlildə bildirilir ki, Putin üçün emosional və siyasi əhəmiyyətini nəzərə alsaq, Krımın geri alınmasına dair addım ciddi risk yaradır.

WhatsApp Image 2022-11-03 at 15.59.18 (1).jpeg (69 KB)

“Zelenskiyə yaxın mənbə bildirir ki, onlar Ukraynanın Krımı alacağı təqdirdə Rusiyanın nüvə silahı ilə cavab verə biləcəyindən narahatdırlar. Lakin Ukrayna hakimiyyətinin ümumi fikri ondan ibarətdir ki, Rusiya nüvə silahından istifadə edərsə, bu, təkcə Ukraynanın deyil, bütün dünyanın probleminə çevriləcək və beynəlxalq müdaxilə tələb olunacaq. Ukrayna bütün riskləri bilsə də, Rusiyanın nüvə şantajına boyun əymək niyyətində deyil. Bu səbəbdən də bu ayın sonuna kimi mühüm əhəmiyyət kəsb edən Xerson şəhərinin ələ keçirilməsi üçün böyük səylər göstərilir” – məqalədə qeyd olunub.

İan Birrel yazır ki, Rusiya Ukraynanın şərqinə çəkilərkən verdiyi böyük texnika itkilərinin qarşısını almaq üçün Xersondan ağır hücum silahlarını geri çəkməli olub. Lakin Ukraynanın qətiyyətlə irəliləməsindən sonra bölgədəki qoşunların sayı artırılıb:

“Rusiya regionu qorumaq üçün ardıcıl addımlar atarkən, Ukrayna həm qorxu yaymaq, həm də Rusiyanın tədarük zəncirini qırmaq üçün bir sıra hücumlar həyata keçirdi. İyulda Qara dəniz donanmasına pilotsuz təyyarələrlə edilən hücumlar nəticəsində Hərbi Dəniz Qüvvələri Günü tədbirlərinin ləğvi Rusiya liderində “psixoloji təsir” yaratsa da, Moskva üçün ən böyük şok milyardlar xərclənən Krım körpüsünə hücum oldu. Moskva bu alçaldıcı hücumdan sonra Ukrayna şəhərlərinə PUA və raket hücumlarına başlasa da, bu, Kiyevi qorxutmadı”.

Məqalədə bildirilir ki, Ukrayna kəşfiyyatının rəhbəri Kiril Budanov Kiyevin Krımı geri alacağına inanır və Rusiyanı təhrik etməmək barədə xəbərdarlıqları “səfehlik” hesab edir. Krımın itirilməsi isə Putin üçün böyük fəlakət kimi şərh edilir.

Bəs Krım Rusiya üçün niyə bu qədər vacibdir?

WhatsApp Image 2022-11-03 at 15.59.18.jpeg (82 KB)

2014-cü ildə Krımın ilhaqı beynəlxalq aləmdə qeyri-qanuni hesab edilsə də, bu, həm Rusiya, həm də Putin üçün dönüş nöqtəsi olub.

Putin Krımın Rusiya ərazisinə birləşdirilməsi ilə Sovet İttifaqının dağılmasından sonra xalqının əzəmətini bərpa etmək vədini yerinə yetirib. Bu, ölkənin Putinə dəstəyinin rekord həddə yüksəlməsinə səbəb olub.

Putin Krıma ciddi investisiyalar yatırıb, bölgədəki hərbi bazaları gücləndirib. O, Sevastopolda yeni hava limanı və Kerç boğazı üzərindən Avropanın ən uzun körpüsü olan Krım körpüsünü tikdirib. Yarımadadakı layihələrin əksəriyyətinin açılışında Rusiya lideri şəxsən iştirak edib.

Nigar Cəfərli,

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin