TƏCİLİ: İcra başçısı barədə qərar verildi… – Ən qısa zamanda açıqlanacağı gözlənilir

0
490
Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin vəzifədən azad edilməsi ilə bağlı ciddi müzakirələrin getdiyi və yekun qərar qəbul olunduğu bildirilir.
Bu əsnada RealMedia.az -ı məlumatlandıran mənbə idda edir.
Mənbənin sözlərinə görə, son vaxtlar Beyləqan rayon icra hakimiyyəti başçısı Asif Ağayevin rəvac verdiyi bir sıra qanunsuz əməlləri və korrupsiya hüquqpozmaları ilə bağlı Prezident Administrasiyasına daxil olmuş vətəndaş müraciətləri ölkənin aidiyyəti orqanları tərəfindən araşdırlır.
Araşdırmalar nəticəsində müraciətlərdə qeyd olunan korrupsiya faktları elə ilk başlanğıcında öz əksini tapıb. Bununla bağlı Prezident Administrasiyasına məruzə olunub. Bu səbəbdən də icra başçısının vəzifəsindən azad edilməsi barədə yekun rəy verilərək qərar qəbul olunub.
Mənbə onu da iddia edir ki, icra başçısının vəzifəsindən azad edilməsi barədə qəbul olunmuş qərar hələ ki, gizli saxlanılır. Buna səbəb isə icra başçısı barəsində araşdırmaların davam etməsi bildirilir. Lakin ən qısa vaxtda qərarın açıqlanacağı gözlənilir.
Hətta mənbə iddia edir ki, icra başçısı barədə qərar açıqlandıqdan sonra, onun istintaqa cəlb olunaraq həbs olunmasıda qaçılmazdır.
RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin