TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb

0
164

İyulun 23-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 658 min 782-yə çatıb.

RealMedia.az bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 7615-ə bərabərdir. Xəstələrdən 330 nəfəri reanimasiyadadır ki, onlardan da 66-sı süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 23-də Azərbaycanda koronavirus infeksiyasına daha 347 yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin