TƏBƏSSÜMLÜ ÖLÜMLƏR – (Və ya zehinsəl qatil)

0
107

Minilliklər boyu dünyada ağa-nökər münasibətləri mövcud olmuşdur. Ağalar nökərləri həmişə təzyiq altında saxlayır.
Qədimdə bu təzyiqlər fiziki işgəncə, qorxu ilə gerçəkləşdirilirdi.
Zamanla müasirləşdik və təzyiq yöntəmləri də dəyişdi.
Təzyiqin elə forması seçildi ki, “heç kimin ruhu da incimədi”, inciklik yaranmadı.
Nəticə isə göz önündədir.

Passivlik. Etiraz etməmək. Hər situasiyaya reaksiyasızlıq- bu əlamətlər hər kəsdən öncə, hiyləgər diktatorlara lazım idi. Tabeliyindəki böyük toplumu zehinsəl olaraq “hər duruma razı” hala gətirmək fikri heç də pis deyil. Amma bunu necə etməli? Nə etmək lazımdır ki, toplum sükut etsin, heç bir duruma fikir bildirməsin, qısası: zehinsəl manqurta çevrilsin?

Flüorid… Kimyadan adını bildiyimiz bu terminin stomatologiyaya da tanışdır: diş çürüməsini(stomatologiyada: kariyes) önləmək üçün tətbiq olunur.
Amma onun tətbiq dairəsi heç də kimya sahəsi ilə məhdudlaşmır…

Ləngidici funksiyası aşkarlandıqdan sonra iyrənc niyyətlərin silahına çevrilib: kimyəvi silah kimi tətbiq edilməyə başlanılıb və bu, hələ davam edir. Ağrıkəsicilərin də tərkibinə daxil edilir.
İnsanların axmaq, miskin, şəxsi fikirin olmaması kimi hallarının səbəbi heç də sirr deyil; mənə isə çoxdan sirr deyil. Müşahidə, sorğu kimi cəhdlərimin müəyyən nəticəsini alıram. Nəticə gözlədiyimdir, amma bu, müsbətdir anlamına gəlməsin.

Normalda, orqanizmin ehtiyacı olmayan Flüor qida məhsullarının böyük qismində kullanılır və insanı zehinsəl kütləşdirir.
mütəmadi istifadə edildikdə insanı tədricən zəhərləyib beyin gücünü azaldır…
Çoxdan tətbiq olunur.

1930-cu ildə bir qrup alman kimyaçısı tərəfindən suya flüor müdaxiləsi edilərək əsirlər üzərində eksperimentlər edildi. Nəticə əldə edildi…
Ruslar flüorun ləngidici funksiyasını bilirdi və sulara onu qatmağa başladı.

Diş məcunları hər birimizin sevdiyi, gigiyenik təmizlik üçün şərt bildiyimiz vasitələrdəndir.
Amma onunla bağlı insanların çox az qisminin nələrsə bilməyə ehtiyac duyduğunu gördüm.
Diş məcununun uşaqların orqanizminə mənfi təsiri haqda Türkiyə mətbuatından nələrsə oxuya bilərsiniz, amma biz hələ buna “lüzum görmürük”, bəlkə, bizi gözləyən yox, “çoxdan toruna salan” təhlükənin caynağında özümüzü rahat hiss edirik?

Diş məcununun qabının arxasındakı xırda yazını kim araşdırmağa qalxdı ki? Onsuz da qəsdən xırda formada yazılan uzun-uzadı ingredientlərin adını oxumaq olmur və ən dəhşətlisi- bu tanıtım yazısı ölkədən asılı olaraq(nəhənglər və qurbanlıq üçün hədəflənənlər!) dəyişir! Təbii ki, müsəlman və türk ölkəsi olmağımız bizə zorla bu söhbətdə ikinci olmaq məcburiyyəti qoyur.
Tanıtım yazısında bu cür yazılır:
Nəhənglər üçün : “Uşaqların ağzına dəydiyi halda, təcili həkimə çatdırın!”.
“Qurbanlar ” üçün: “Edin, sutkada iki dəfə edin, xüsusilə, yatmazdan öncə!”. Qurbanlıq üçün seçilən ölkələrdə stomatoloqlar da fəxrlə “dişi gecə də tərkibi məlum həmin bu məcunlarla fırçalamağı” tövsiyyə edirlər. Bu, sadəcə, vicdansızlıqdır.

(Burda bir detal çoxdan diqqətimi çəkdiyi üçün araşdırmışam: flüorun orqanizmə gecə təsiri nədən ibarətdir? Niyə məhz gecə yatmazdan öncə?
Araşdırmalarıma istinadən deyə bilərəm ki, az öyrənilən, “üçüncü göz” dediyimiz, bilincaltının idarəçisi və hələ də tibb üçün sirliliyini qorumaqda olan böyük(hətta deyərdim, sehirli!) gücə malik EPİFİZ gecə qaranlıqda aktivləşir. RUH MOLEKULU SAYILAN Epifiz elə güclü orqandır ki, beyinin qaranlıq yerində yerləşməsinə və kiçik ölçüyə baxmayaraq, altşüurumuza cavabdehlik daşıyır. Hətta mütəxəssislər deyir ki, insanın dabanına işıq şüası salsaq, epifiz onu hiss edə bilir.
Bu maddə isə cəmi bir mərcimək ölçüsündə olan böyük gücə malik epifizin fəaliyyətini tormozlaşdırır).
Digər tərəfdən, dərmanın orqanizmə effektli təsiri onun ağızdan qəbuludur. Axı diş də ağızda yerləşir, deməli, təbəssümlü məhvetməyə ordan başlamaq olar!

Hansı qidalara flüor daxil edilir?
Uşaq qidası/şüşədə yedirilən qida;
Hazır suplar;
Qazlı içkilər;
Hazır meyvə suları;
Paketlənmiş qidalar;
Anestezioji vasitələr;
Flüorlu duz.

Nəticələr (hələ, içilən su ilə, az faizlə):
Kişilərdə testosteron problemi;
Nəsilartırma qabiliyyətinin enməsi;
Erkən yetişkənlik.
Sadalananlar təkcə su ilə qəbulun nəticəsidir. Hələ, ağızdan birbaşa qəbulun nələrə yol açdığını düşünəndə dəhşətə gəlirik.

Sağlam adam gün ərzində qəbul etdiyi flüorun 60 faizini idrar yolu ilə vücuddan xaric edir. Geri qalanı isə sümüklərdə, qanda və beyində toplanılır. Körpə və uşaqlar isə bunun cəmi 20 faizini orqanizmdən xaric edə bilir. Sümüklərdə və qanda toplanan flüorun miqdarı ömür boyu artır.
Çin, İran, Hindistan və Meksikada aparılan 24 elmi araşdırmada flüorun İQ faizi ilə tərs mütənasibliyi(onun faizini endirdiyi- 0,59 nisbətdə itkisinə yol açması) təsbit edilmişdir.
Flüor ilə zəngin qapalı su ilə qidalanan uşaqların İQ, zehin, dərs qabiliyyətlərinin aşağı olduğu alimlər tərəfindən söylənilir. Qayğı, problemə dirəniş kimi reaksiyalar enir.
Bu üsulu Hitler də tətbiq edirmiş, məqsəd: zehini passivləşdirərək sürü psixolojisini kontrolda tutmaq. Hitler bütün xalqı beləcə kontrol altında tuturdu. “Düşünə bilməsin, mən nə desəm, onu etsin”. Amma sevilirdi. Paradoksal deyil mi?

Stalinin bunca qətllər törətməsi onun geniş xalq kütləsi tərəfindən sevilməsinə əngəl olmurdu. Etirazsızlıq, təqdiretmə, sükut, məmnuniyyət… Bu, qəribə deyil mi?
Məşhur türk yazıçısı Ç. Aytmatov əbəs yerə bu taktikanı öz üslubuna uyğun şəkildə Manqurtlaşdırma adlandırmır ki. Manqurt- zehinsəl müdaxilə nəticəsində zərərsizləşdirilərək “yetişdirilən”, sözəbaxan kütlənin ümumiləşdirilmiş adıdır…

Parıldayan, və ya təbəssümlü ölümlər deyərkən fiziolojidən daha çox, zehinsəl qətlləri nəzərdə tuturam…

Yazımın qısa olmasına çox cəhd etdim. Çünki beyinin qoruyucu funksiyası burda sizi məqaləni sonadək oxumaqdan daşındıracaq; amma bilmək, öyrənmək heç vaxt heç kimə ziyan verməyib.

Aygün Sadiq,Yazar, jurnalist

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin