“Şuşanı geri ala bilərik…” – “Meşə tülküsü”nün vəsiyyəti ermənilərə yeni fəlakət vəd edir

0
78

Kapitulyasiyadan sonra Ermənistanın hansı yolu tutacağına, bişəkk, erməni xalqı qərar verməlidir. Həm də maksimum tez. Çünki 5 aydır “üzüqoylu” qalan məğlub ölkəni “reanimasiya”dan – böhrandan çıxarıb ayaq üstə qoymaq asan deyil və bundan ötrü çox zaman qalmayıb. Bir azdan geridönməz proseslər başlaya bilər.

Ancaq əfsuslar olsun ki, erməni cəmiyyətində bu sərt gerçəyi anlamayanlar hələ də çoxluqdadır. Əks halda, qonşu Azərbaycan və Türkiyə ilə barışıq çağırışları dərhal süngü ucunda qarşılanmaz, bu çağırışların müəllifləri “satqın”, “Türkün agentləri” kimi damğalanmazdı. Onlar ölümlə təhdid edilməzdi. Aydındır ki, Ermənistanda isterik və şovinist ovqat, ksenofobiya və irqçilik körüklənməyə davam etdikcə bu ölkə heç vaxt tənəzzül zolağından çıxmayacaq və ümumiyyətlə, onun axırı olmayacaq.

Bu da növbəti fakt. Söhbət radikal-revanşist çevrələrin Azərbaycana qarşı qisas hissi ərafında yeni təşkilatlanma cəhdlədindən gedir.

“Arkadi Ter-Tadevosyanın (Şuşanın işğalında əsas rol oynamış quldur general bu günlərdə dünyasını dəyişib – Z.S.) təşəbbüskarı olduğu Vətəndaş Şurası gündən-günə genişlənir. Bu proses davam edəcək”.

Musavat.com-un məlumatına görə, bunu adı çəkilən yeni qurumun üzvü, iqtisadçı Tatul Manaseryan dünən jurnalistlərlə görüşündə söyləyib.

O, ermənilərin fəxrlə (fəxrlik bir şey qaldımı ki, ay bədbəxtlər? – Z.S.) “komandos” adlandırdıqları Ter-Tadevosyanın “siyasi vəsiyyəti”ndən sitat gətirib: “Çətin vəziyyətdən çıxmaq üçün ziyalı təbəqəsinin, erməni xalqının etibar etdiyi ictimai və siyasi xadimlərin daxil olduğu bir Vətəndaş Şurası yaratmaq lazımdır. Ermənistanın və diasporun bütün imkanlı və effektiv qüvvələrinin səyləri ilə həyat qabiliyyətli və güclü milli dövlət qurmalıyıq”.

Erməni iqtisadçı ardınca bildirib ki, “Vətəndaş Şurası” artıq fəaliyyətdədir və digər qüvvələrin də birləşməsinin tərəfdarıdır: “Milli dövlət qurmağın və vəziyyətdən çıxmağın yolu elə budur. Onun (Ter-Tadevosyanın – red.) “siyasi vəsiyyəti”nin bütün mahiyyəti məhz bundan ibarətdir – ayrı-yarılıqda yox, birləşib birgə mübarizə aparmaqda”.

Bəs bu “mübarizənin” gerçək hədəfi nə imiş görəsən?

“Biz əminik, Şuşanın “azad edilməsi” (dırnaqlar bizimdir – Z.S.) olduqca realdır. Deyim ki, bundan ötrü yalnızca hərbi yol mövcud deyil, başqa yollar da var. Amma bunun üçün birlik lazımdır. Bundan ötrü Vətəndaş Şurasında öz imkanlarını səfərbər eləmiş 12 qrup fəaliyyət göstərir və bu yöndə işlər davam edəcək”, – deyə, Manaseryan əlavə edib.

Göründüyü kimi, 44 günlük savaşda işğalçı ölkənin haqq elədiyi acınacaqlı məğlubiyyəti erməni ictimai-siyasi mühitində “həzm edə” bilməyən qüvvələr var və onlar heç də az deyil. Kapitulyasiyadan dərs almayan bu revanşist-irticaçı kəsim, üstəlik, Azərbaycanın azad edilmiş qanuni əraziləri ilə bağlı yeni, sərsəm planlar qurur. Özü də az öncə cəhənnəmə vasil olmuş, “Meşə tülküsü” ayaması daşıyan və 1992-ci ilin mayında Şuşanın işğalı əməliyyatına rəhbərlik eləmiş qondarma “komandos”un – Arkadi Ter-Tedovosyanın “siyasi vəziyyəti” əsasında! (Hərçənd Şuşa uğrunda elə bir əməliyyat, döyüş-zad olmayıb, bu qədim və tarixi şəhərimiz sırf xəyanət nəticəsində düşmənə təhvil verilib).

Normal məntiqlə Şuşanın qəhrəman hərbçilərimiz tərəfindən geri alınmasını 84 yaşında öz gözləri ilə görəndən sonra ürəyi partlayan bu qoca tülkü, daha dəqiqi, çaqqal öz xalqına müdrik məsləhət də verə bilərdi. Məsələn, deyə bilərdi ki, erməni xalqı üçün nəhayət, miflərin və böyük yalanların əsiri olmağa, Azərbaycana qarşı əsassız ərazi iddialarına son verib, öz qonşuları ilə normal münasibətlər qurmağın zamanı gəlib.
Amma deməyib. Bunun əksini, yəni təzədən toparlanıb Azərbaycanla, Türk milləti ilə düşmənçiliyi davam etdirməyi vəsiyyət edib bu kaftar. Nəzərə alsaq ki, onun yolunu davam etdirmək istəyən erməni qırğılar (söhbət təkcə daşnaklardan getmir) heç də az deyil, demək, “Meşə tülksü”nün vəsiyyəti erməniləri növbəti, daha böyük fəlakətə gətirə bilər.

O ki qaldı Şuşanı guya hətta “döyüşsüz də geri qaytarmaq” kimi sayıqlamağa, ağıla gələn tək şey Qarabağda erməni terrorunun baş qaldıra biləcəyi ilə bağlıdır. Hər necə olmasa, mənfur qonşuların nədə olmasa da, terrorçu birləşmələr yaradıb qətlər törətmək, qorxaq kimi pusquda durub günahsız insanları öldürmək “bacarığına” biz yaxşı bələdik.

Əlbəttə ki, “Qarabağ dərsləri”, o sırada “Şuşa dərsi” bizim üçün dı keçərlidir. Baş verənlərdən, Xocalı soyqırımından sonra biz birə-on ayıq-sayıq olmalı, “çomağı” bir an belə yerə qoymamalıyıq. Hətta mənfur toplumla əlaqələr normallaşsa belə! Çünki bizə dəyən artıq dəyib, başımıza gəlməyən müsibət qalmayıb. Allah eləməmiş, bunları təkrar yaşayarıqsa, o zaman erməni yox, özümüz günahkar olacağıq…

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin