Sürətlə artan yoluxma sayı yeni mutasiyalara səbəb ola bilər – Məşhur həkimdən XƏBƏRDARLIQ

0
240

Ankara Universiteti Tibb Fakültəsinin Yoluxucu Xəstəliklər Bölümünün başqanı Dr. İsmayıl Balık dünyada Covid-19-a yoluxma sayında artımın ən əhəmiyyətli faktorunun Britaniya ştammı olduğunu bildirib.

“Hazırda gedən proses yeni mutasiyalara hamilədir”,- deyən həkim mutasiyaların təsiri ilə bağlı da açıqlamalar verib.

Britaniya ştammının çox asanlıqla ötürüldüyünü izah edən İsmayıl Balık durumu bu cür izah edib:

“Bu ştammın yoluxuculuq qabiliyyəti yüzdə 40-70 faizdir, lakin öldürmə qabiliyyəti virusun mutasiyaya uğrayaman variantı kimidir. Britaniya ştammı köhnə virusdan fərqli olaraq gəncləri və uşaqları da təsir altına ala bilir”.

Fərdi tədbirlərin epidemiya ilə mübarizədə daha çox əhəmiyyət qazandığını vurğulayan İ.Balık maskalar, məsafə və gigiyena ilə yanaşı sosial məsafənin də önəmli olduğuna diqqət çəkib. İ.Balık sürətli ötürülən virusların insanların çox olduğu yerləri sevdiyini ifadə edib.

Ankara Haberleri - Ankara'da durum iyi ama gevşememeliyiz - Yerel HaberlerBritaniya ştammının bütün dünyada dominant virus halına gəldiyini ifadə edən İsmayıl Balık bunun Covid-19 epidemiyasını davam etdirən virus olduğunu da açıqlayıb.

Həkim bu növ virusların həddindən artıq mutasiya qabiliyyətinə sahib olduğunu da qeyd edib:

“Mutasiya riskini artıran ən vacib amil xüsusilə infeksiyanın yayılmasıdır. İndiki proses yeni mutasiyalara hamilədir. Bu mutasiyalar Britaniya ştammı kimi aqressiv yox, daha yaxşı ola bilər və bu virus bir müddət sonra özü epidemiyaya son verə bilər.

Bundan əlavə, xəstəlik bir yerdə nə qədər çox yayılarsa, həmin bölgədə bənzərsiz bir mutasiya ehtimalı da bir o qədər yüksəkdir”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin