Sünnət toylarının keçirilməsi qadağan ediləcək? – EKSPERT RƏYİ

0
883

Restoranlarda, şadlıq saraylarında təmtəraqlı sünnət toyları keçirilir. 2014-cü ildə sünnət toylarının, ad günü, nişan mərasimlərinin yasaqlandığı barədə məlumatlar yayılsa da, görünən budur ki, cəmiyyət bu “adət-ənənəsindən” qopa bilmir. Tez-tez eşidirik ki, tanınmış adam övladına təmtəraqlı sünnət toyu etdi. Bəs, dində sünnət üçün bayram keçirilməsi, bu qədər israfçılığa yol vermək nə dərəcədə doğrudur?

Sünnət toylarının keçirilməsi qadağan ediləcək?

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Metbuat.az-a açıqlamasında deyib: “Aşırı meşşanlıq, özünü nümayiş etdirmək, nümayişkaranə hər hansı işi görmək cəmiyyəti daha da gərginləşdirir. Bu, acınacaqlı, eybəcər bir haldır və bunun qarşısının alınması yönündə çalışmaq lazımdır. Təəssüf ki, Azərbaycanda bir çox problemlərin inzibati yolla həll edilməsi zərurəti var. “Nümunə üçün deyə bilərəm ki, Naxçıvanda sünnət toyları keçirilmir. Naxçıvan MR-in rəhbəri belə hallara qarşı sərt mövqe nümayiş etdirib və inzibati qərarlar həyata keçirilir”.

Lakin bütün problemlərin sərt şəkildə həll edilməsi də doğru deyil. Bunun üçün həm də maarifləndirmə işləri aparılmalıdır.

İlahiyyatçı Hacı Fuad Pənahlı məsələyə münasibət bildirib: “Oğlan uşağının sünnətindən sonra təmtəraqlı, israfa yol veriləcək şəkildə, xüsusən süfrədə haram qida, içkilər varsa, dinimiz bunu qadağan edir. Ancaq israfçılığa yol vermədən dost-tanışa süfrə açıb, qeyd etmək qadağan olunmayıb”.

Aysel Yaqubqızı / Metbuat.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin