Sumqayıtda QƏTL: Kişi bıçaqlanaraq öldürüldü

0
127

Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cerkassı küçəsində qeydə alınıb. 1981-ci il təvəllüdlü Quliyev Nurəddin Fəxrəddin oğlu aralarında düşən mübahisə zamanı tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

40 yaşlı kişi aldığı bıçaq zərbələrindən ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. N.Quliyevi öldürən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin