Sumqayıtda piyada və sürücülərə qarşı reyd keçirildi – VİDEO

0
909
Dayanacaqdan kənarda saxlayan avtobus sürücüləri yol polisinə tabe olmayıb

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYP) əməkdaşları bu dəfə də qaydaları kobud şəkildə pozanlara qarşı reyd keçirib. RealMedia.az xəbər verir ki, şəhərin müxtəlif ərazilərində təşkil edilən reyd zamanı bir neçe sürücü və piyada barəsində protokol tərtib edilib. Reyd zamanı bəzi sürücüler yol hərəkəti qaydalarını pozaraq piyadalara yol vermədiyi üçün DYP əməkdaşları tərəfindən cərimə ediliblər. Eyni zamanda, bəzi piyadalar da yolun onlara aid olmayan hissəsindən keçərək nəqliyyat vasitələrinin hərəkətinə mane olublar. Buna görə də, onlara da protokol yazılıb.

Reyd zamanı sərnişindaşıma ilə bağlı qayda pozuntularına da rast gəlinib. Belə ki, dayanacaqdan kənarda avtobusu saxlayaraq sərnişinlərin həyatı üçün təhlükə yaradan sürücülər özlərinə haqq qazandıraraq yol polisi əməkdaşlarına tabe olmayiblar.

Yol nişanlarının qarşısında maşın saxlayan, piya keçidlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülər də məsuliyyətdən kənarda qalmayıb.

Sumqayıt DYP vətəndaşların diqqətinə çatdırır ki, təyin olunmayan yerlərdən yolu keçərək öz həyatlarını təhlükəyə atmasınlar. Eyni zamanda, nəqliyyat vasitələrinin yoluna çıxaraq sürücülərə də təhlükə yaratmaq olmaz. DYP qəza baş verməməsi üçün qaydalara əməl etməyi tövsiyyə edir. Bu kimi reydlərin mütəmaqdi olaraq keçirilməsi nəzərdə tutulub.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin