Şükür Məmmədovun “yol korrupsiyası” – YOLA VERİB

0
856

Azərbaycanda dövlət investisiyalarının ən böyük həcmdə yönəldildiyi sahələrdən biri və bəlkə də birincisi avtomobil yollarıdır. Yol infrastrukturunun təkmilləşdirilməsinə yönəlik xərclər büdcə xərcləri sırasında ilk yerlərdədir. Bununla belə yollarımızın keyfiyyəti qənaətbəxş səviyyədən aşağıdır.

Respublikanın yol təsərrüfatında yarıtmaz vəziyyətin müşahidə olunduğu əyalətlər sırasına İmişli, Beyləqan, Füzuli rayonları da aiddir ki, həmin regionda xidməti Şükür Məmmədovun rəhbərlik etdiyi İmişli Yol İstismar İdarəsi həyata keçirir. Əlbəttə, əgər buna xidmət demək olarsa.

Fəaliyyəti zaman-zaman tənqidə məruz qalan Şükür Məmmədovun bir ara “Ertac” adlı şirkətə sahib olduğu, məhz həmin şirkətə yol çəkilişi tenderlərini qazandırdığı barədə məlumatlar yayılmışdı. İndi də Bakı – Horadiz yolunun Beyləqan nahiyəsinin Əsgər Abidəsindən Horadizə qədər olan hissəsində yeni salınmış asfaltın cəmi iki ay ərzində dağılmasından şikayətlər var. Asfaltın bir neçə yerdə çökdüyü bildirilir. Hamı deyir ki, Şükür Məmmədov “yolu yola verib”.

RealMerdia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin