SSRİ ABŞ prezidenti Kennedinin öldürülməsindən sonra onun qatili sayılan Li Harvi Osvald barədə əlində olan sənədləri Vaşinqtona verib.
Bu barədə Kennediyə qarşı sui-qəsdi təhqiq edən komissiyanın sənədlərində qeyd olunub.
FTB-nin direktoru Edqar Quver Ağ Ev üçün 2 dekabr 1966-cı ildə məruzə hazırlayıb. Məruzə prezident Lindon Consonun aparat rəhbəri Marvin Uotson üçün hazırlanıb.
Quver yazır ki, SSRİ-nin ABŞ-da olan səfiri Anatoli Dobrınin ABŞ dövlət katibinə Osvaldla bağlı qovluğu təqdim edib. Daha sonra Moskva Osvaldın SSRİ-də yaşadığı zaman intihar cəhdindən sonrakı qospital qeydlərini Vaşinqtona göndərib.
Xatırladaq ki, prezident Tramp mərhum Kennedinin qətli ilə bağlı məxfi saxlanılan 3 mində çox sənədin ictimaiyyət üçün açıqlanması barədə fərman verib.