Sosial şəbəkələr çökdü: Watsapp, Facebook, Instagram heç yerdə işləmir – SƏBƏB NƏDİR?

0
37

Azərbaycanda sosial şəbəkələrin işində problem yaranıb. Hazırda ən populyar mesajlaşma proqramı olan “WhatsApp”da problem yaşanır.

RealMedia.az xəbər verir ki, “WhatsApp”la yanaşı “İnstagram” və “Facebook”da da problemlər yaranıb.

Hər üç platformaya daxil olmaq mümkün deyil. Tətbiqə girməyə çalışan istifadəçilər “500 SErver Error” xətası ilə qarşılaşırlar. Bundan əlavə, dünyanın hər yerindən istifadəçilər “Facebook”, “WhatsApp” və “Instagram” sosial şəbəkələrinə daxil olmaqda çətinlik çəkdiklərini bildirirlər. Rusiya, Ukrayna, Almaniya və bir sıra digər Avropa ölkələrindən olan istifadəçlər də sosial şəbəkələrlə bağlı problem yaşadıqlarını bildiriblər. İstifadəçilərin 58%-i tətbiqlərə girişlə, 24% -i mesaj göndərməklə, 19%-i əlaqənin kəsilməsi ilə əlaqədar problemlərlə üzləşdiyini bildirir.

Problemin səbəbi hələlik açıqlanmayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin