SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı- “…qəti sürətdə təkzib edirik”

0
100

Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində Arazdəyən istiqamətindəki döyüş mövqeyində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun ölümcül yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.

RealMedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

“Ermənistan müdafiə nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür”, – Nazirlik qeyd edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin