SON DƏQİQƏ: Dollar BAHALAŞDI YENİLƏNİB

0
1699

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FRS) 2018-ci ildən bəri ilk dəfə olaraq baza faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,25-0,5%-ə çatdırıb.

RealMedia.az xəbər verir ki, bu barədə FED-in məlumatında qeyd olunur.

Qeyd edək ki, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. Son iki il ərzində FED-in uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub.

****

ABŞ-ın Federal Ehtiyatlar Sistemi 3 ildən sonra ilk dəfə faiz dərəcələrini 0,25 faiz artıracaq.

Bu barədə ABŞ mənbələri məlumat yayıb. Bildirilir ki, Mərkəzi Bankın iclası bu gün yerli vaxtla saat 16:00-da baş tutacaq. Ekspertlər hesab edir ki, faiz dərəcəsinin artırılması dünya birjalarına təsir edəcək və dolların dünya miqyasında yerli valyutalar qarşısında bahalaşması gözlənilir.

Qeyd edək ki, FES rəhbəri Cerum Pauell hələ bir müddət əvvəlki açıqlamasında mart ayından başlayaraq faiz dərəcəsini mərhələli şəkildə artırılacağını bəyan etmişdi. O bildirmişdi ki, ölkdə inflyasiya dərəcəsi düşməsə daha aqressiv qərarlar qəbul ediləcək.

ABŞ-da inflyasiya dərəcəsi son 40 ilin ən yüksək həddinə – 7,9 faizə çatıb.

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin