“Son 25 ildə Azərbaycanda 740 milyon ton neft hasil edilib” – Nazir

0
47
“Son 25 ildə, bu ilin 8 ayı daxil olmaqla Azərbaycanda 740 milyon ton neft hasil edilib”.
Bunu Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında Energetika naziri Pərviz Şahbazov bildirib.
O, 25 illiyi qeyd olunan “Əsrin müqaviləsi”nin əhəmiyyətindən danışıb və qeyd edib ki, müqavilə beynəlxalq aləmdə Azərbaycanın rolunu gücləndirib: “Azərbaycan dünya neft bazarında özünəməxsus yeri tutub. Bu müqavilənin həyatımızda və Azərbaycanın taleyindəki rolunu aydın görə bilirik”.
Nazir “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlar blokuna indiyədək 36 milyard ABŞ dolları sərmayə qoyulduğunu, bu blokun işlənməsinin Azərbaycana 143 milyard dollar gəlir gətirildiyini bildirib. O qeyd edib ki, bu yataqlar blokundan indiyədək 492 milyon ton neft, 161 milyard kubmetr qaz hasil edilib.
P.Şahbazov ötən 25 ildə Azərbaycanda neft hasilatında sabitliyə, qaz hasilatında isə artıma nail olunduğunu vurğulayıb.
O məlumat verib ki,bu ilin 8 ayı ərzində ölkədə 25,1 milyon ton neft hasil edilib, bunun 20,9 milyon tonu ixrac olunub.
“Hesabat dövründə orta gündəlik hasilat göstəricisi 769 min barel təşkil edib ki, bu da OPEC+ formatında götürülən öhdəliyimizin yerinə yetirilməsi deməkdir”, – nazir qeyd edib. (Report)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin