Söçi görüşündə diqqət edilməsi vacib olan detal…

0
210
Fikir verirəm, Söçi görüşü ilə bağlı bizim politoloqlar daha çox masanın formasına, neçə bucaqlı olmasına diqqəti yönəldirlər. Görəsən, vacib olan bir məqam nə əcəb onların diqqətini çəkməyib?
İlham Əliyevlə Vladimir Putin arasında ikitərəfli görüş zamanı nizamlanma prosesi ilə bağlı Putinin məsələyə yanaşması ilə İlham Əliyevin yanaşması arasında çiddi fərq nəzərə çarpdı.
Putin “Dağlıq Qarabağ” məsələsinin nizamlaması ilə bağlı üçtərəfli formatda danışıqların aparılacağını dedi.
İlham Əliyev isə Ermənistan-Azərbaycan problematikası barədə söhbətin ediləcəyinə işarə etdi.
Putinin yanaşması, işlətdiyi termin bizim rəsmi mövqeyimizə tam ziddir. Çünki İlham Əliyev dəfələrlə deyib ki, nə “Dağlıq Qarabağ” adlı münaqişə, nə də ərazi vahidi var. Onda Putin niyə belə danışır?
Əslində, elə həmin görüşdə İlham Əliyev öz düzəlişi ilə həm Azərbaycanın rəsmi mövqeyindən çəkilmədiyini, həm də Putinə lazım olan cavabı verdi. Siz politoloqlar isə masanın bucaqlarını ölçməklə məşğulsunuz.
İşləyə bilmirsiniz, paketlərinizi kəsmək lazımdır!
Məhəmmədəli Qəribli,
Azinforum.az-ın baş redaktoru

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin