SOCAR-ın milyardlarla gəlir gətirən layihəsi “Petkim” dən REPORTAJ – FOTOLAR

0
77

SOCAR Türkiyə bir qrup jurnalistin iştirakı ilə tabeliyində fəaliyyət göstərən STAR neft emalı zavodu və “Petkim Petrokimya Holding A.Ş.”yə mediatur təşkil edib.

RealMedia.az xəbər verir ki, Musavat.com-un əməkdaşının da qatıldığı mediaturun məqsədi milyardlıq layihələr barəsində ictimaiyyəti daha da geniş məlumatlandırmaq və son zamanlar görülən işlər, əldə edilən nailiyyətlər barədə açıqlamalar vermək olub.

Jurnalistlər zavod ərazisində gəzdirilib və qurulan infrastruktur ilə yaxından tanış ediliblər.

“Petkim Petrokimya Holding A. Ş.”nin baş diretoru Anar Məmmədov jurnalistlərə bildirdi ki, dünyanın köklü neft hasilatçıları arasında yer alan SOCAR, 2008-ci ildə “Petkim”in səhmlərinin 51%-ni Özəlləşdirmə İdarəsindən 2 milyard 40 milyon dollara satın alaraq Türkiyədə fəaliyyətə başladı:

“Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim”də ümumilikdə 2 500 adam işləyir. ” Petkim”in ardınca 400 milyon dollarlıq SOCAR Terminal, 6,3 milyard dollarlıq STAR neft emalı zavodu və 600 milyon dollarlıq anbar investsiyasını, eləcə də 6,5 milyard dollarlıq TANAP layihəsini həyata keçirən SOCAR-ın Türkiyədəki ümumi investsiya yatırımı həcmi 15 milyon dolları ötüb. Hazırda davam edən layihələr ilə bu rəqəmi 19,5 milyard dollara yüksəldəcək şirkət investisiya layihələrini başa çatdırdıqdan sonta Türkiyənin üç böyük holdinqindən biri, sənaye sahəsində isə birincisi olmağı planlaşdırır.

Qeyd olunan investisiya layihələri iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığına böyük töhfə verir. Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malikdir və hər il 6-7% böyüyür. Ölkənin neft-kimya məhsulları istehsal edən yeganə inteqrasiya olunmuş müəssisəsi “Petkim”dir. “Petkim” bu gün Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının yalnız 20%-ni təmin edə bilir.

Genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur. 2008-ci ildən bəri SOCAR hər il “Petkim”ə təxminən 100 milyon dollar həcmində sərmayə yatırıb və onun əlavə investisiyalarının ümumi həcmi 1 milyard dollara çatıb”.

A.Məmmədov söyləyib ki, “Petkim”in 15 əsas və 6 köməkçi obyektində istehsal olunan 60 növ müxtəlif məhsul kiçik və orta müəssisələr də daxil olmaqla 6 000 istehsalçı tərəfindən istifadə olunur:

“Məhsullarına yüksək tələbat olan bu şirkət 2018-ci ili 872 milyon TL həcmində mənfəətlə başa vurub. 2019-cu ilin ilk 6 ayında isə fəaliyyət göstərdiyi bütün dövrlərin ən böyük məhsuldarlıq nümayiş etdirmiş və istehsal rekorduna imza atıb. Belə ki, cari ilin ilk yarısında 5,9 milyard TL həcmində gəlir, 439 milyon TL həcmində xalis mənfəət əldə edilib. Ötən 6 ayda “Petkim”in faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti (EBITDA) 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 890 milyon TL-yə çatıb.• 2018-ci il rəqəmsallaşma və infrastruktur işləri baxımından “Petkim” üçün həlledici il olub. Sənaye 4.0 parametrləri ilə istehsalda qabaqcıl analitik texnologiyaların və süni intellektin tətbiqinə başlanılıb. Bu istiqamətdə görülən işlər 2019-cu ildə öz bəhrəsini verib. “Petkim”in rəqəmsallaşma işləri ilə məşğul olan komandası bu vaxtadək 40-dan çox layihə həyata keçirmişdir. Bu layihələr kompyuter təhsili, süni intellekt, görüntü tanıma, proseslərin robotlaşdırılmış avtomatizasiyası kimi texnologiyların tətbiqi vasitəsilə reallaşdırılıb. Yeniliklərdən biri də Etilen fabrikində tətbiq olunan Etilen Soba Optimallaşdırma Modelidir (EFOM). Əvvələr həftədə bir dəfə 8 soba işlətmə ssenarisi həyata keçirilirdisə, bu layihə nəticəsində hər 15 dəqiqədən bir 54 milyard ssenarinin istehsalı mümkün olub ki, bunların da arasından “Petkim” üçün ən uyğun və ən məhsuldar ssenari seçilərək həyata keçirilir. Yeni layihələr maliyyə baxımından da səmərəlidir. “Petkim” bütün şirkətdə tətbiq olunması nəzərdə tutulan layihə ilə Türkiyə və Azərbaycanın ən rəqəmsal şirkəti olması isiqamətində addım-addım irəliləyir”.

Anar Məmmədov məlumat verib ki, “Petkim” 2019-cu ilin ilk yarısında STAR neft emalı zavodundan 260 min ton xammal alıb:
“Öz NAFTA tələbatını, demək olar ki, tam həcmdə ödəməklə STAR NEZ-lə sinerji yaratmağı, beləliklə də, ortamüddətli bir perspektivdə məhsuldarlığını artırmağı planlaşdırır. Ötən ilin son rübündə aparılan yenidənqurma işlərindən sonra yüksək istehsal göstəricisinə nail olan “Petkim” cari ilin ikinci rübündə istehsal gücünü 100%-ə çatdırmışdır. 2019-cu il həm rəqəmsallaşma, həm də STAR NEZ ilə inetqrasiya istiqamətində görülən işlərin nəticəsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Sahədə olarkən jurnalistlərə məlumat verilib ki, Türkiyənin bərpaolunan enerji potensialının mümkün qədər effektiv şəkildə istifadə olunması məqsədi ilə 2018-ci ildə 51 meqavat gücə malik Petkim Külək Enerjisi Stansiyası (KES) istifadəyə verildi:

“Eyni zamanda Türkiyədə karbon emissiyasının azaldılmasına töhfə verməyə başlayan “Petkim KES” “Petkim”in kogenerasiya obyektinin elektrik istehsalı potensialını 23% artırdı. Tikintisinə 55 milyon avroya yaxın vəsait sərf olunan “Petkim KES”-də 17 külək turbin generatoru ilə ildə təxminən 200 giqavat/saat elektrik istehsal olunur. Səhmlərinin 70%-i “Petkim”ə məxsus olan Petlim Konteyner Limanının idarəçiliyi APMT-dən SOCAR Türkiyəyə keçdikdən sonra liman 2019-cu ilin martından etibarən “SOCAR Terminal” kimi fəaliyyət göstərməyə başladı. İldə 1,5 milyon TEU potensialı ilə Egey bölgəsinin ən böyük konteyner terminalı olan “SOCAR Terminal” 400 milyon dollar investisiya ilə gerçəkləşdi. Böyük miqyaslı Təşviq Sənədi çərçivəsində dəstəklənən “SOCAR Terminal” bu gün SOCAR-ın inteqrasiya planlarının logistik əsasını təşkil edir”.

Əli Rais,
Musavat.com

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin