SMS icazənin ilk günü – vətəndaşlar yararlana bildilərmi… (VİDEO)

0
823

Bu gündən Azərbaycanda Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın qərarına əsasən, bəzi peşə sahibləri istisna olmaqla, vətəndaşların yalnız zəruri hallarda çölə çıxmalarına SMS vasitəsilə gün ərzində 2 saat müddətinə icazə verilir.

RealMedia.az xəbər verir ki, Musavat.com”-un əməkdaşı SMS-lə icazənin tətbiq edildiyi ilk gün Bakıdakı vəziyyətlə tanış olub, vətəndaşlarla həmsöhbət olub.

Nizami rayonu, Qara Qarayev prospektində müşahidə apardığımız zaman ərazidə çevik polis alayı və xüsusi təyinatlılar xidmət aparırdı. Onlar vətəndaşlara yaxınlaşaraq, icazə amea-nın və arayışları haqqında məlumat alırlar. İcazəsi olmayan vətəndaşlardan evlərinə getmələrini tələb edirlər. Xidmət aparan polis əməkdaşları bildirirlər ki, vətəndaş qaydalara əməl etmədikdə PPX avtomobili çağırılaraq, bölməyə aparılır. Bildirirlər ki, hələlik bu saatlara qədər hər hansı hadisə yaşanmayıb.

Müşahidə zamanı əksər vətəndaşların sms icazə almadıqlarının şahidi olduq. Bu qaydalara əməl etməyənlər isə əsasən yaşlı nəslin nümayəndələridir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin