Siyavuş Novruzovdan həmkarlarına “şifrəli” mesaj: “Biz çalışmalıyıq ki, deputat adını qoruyaq”

0
459

Milli Məclisin plenar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov “Azərbaycan Respublikası Milli Məclisi deputatının status haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxış edərkən bəzi həmkarlarına irad tutdu.

S.Novruzov konkret ad çəkməsə də, həmkarlarının kimlərisə müdafiə etməsinə etirazını bildirdi: “Həmin adam sənin seçicin deyil, yaxud hüquq müdafiəçisi deyilsən, onu niyə müdafiə etməlisən ki? Deputatların etik davranış qaydaları və statusu ilə bağlı kifayət qədər qanunlar qəbul edilib. Biz çalışmalıyıq ki, deputat adını qoruyaq”.

S.Novruzov məsələyə nəzarətin gücləndirilməsi üçün Birinci vitse-spiker Əli Hüseynliyə müraciət etdi: “Deputatlar Prezidentin, Birinci vitse-prezidentin müdafiəsinə qalxmalıdırlar, xaricdən Azərbaycan əleyhinə fəaliyyət göstərənlərə etiraz etməlidirlər. Biz ayrı-ayrı fərdlərin müdafiəsinə qalxmamalıyıq”.

E.Paşasoy,
Musavat.com

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin