Şimali Koreya ordusunda qadınlarla ağılasığmaz rəftar: Zorlama, antisanitariya və aclıq…

0
2128
Şimali Koreyadan qaçmağı bacarmış keçmiş hərbiçi qadın deyir ki, dünyanın böyüklüyünə görə dördüncü ordusunda qadınların taleyi o dərəcədə ağırdır ki, bir az keçdikdən sonra onlarda hətta menustratsiya baş vermir, döyülmək və zorlama isə gündəlik xidmətin tərkib hissəsidir.
Təxminən 10 il Li So Yen ikiyaruslu çarpayının aşağı pilləsində, bir otaqda 20 dən çox qadınla birlikdə yatıb. İkimərtəbəli tumbalarında iki foto vardı, biri Kim İnn Senin, o biri Kim İnn Çenın şəkilləri olub.
O hərbi xidmətini on il əvvəl bitirib, amma indiyədək beton baraklarda ağır qoxunu hələ də unuda bilmir.
“Biz qadınlar üçün ən ağır yoxlama o idi ki, biz normal duş qəbul edə bilmirdik, çünki isti su yox idi. Onlar dağlardan gələn soyuq suyu verirdilər, ordan da həmişə ilan, qurbağa çıxırdı”- 41 yaşlı keçmiş hərbiçi qadın belə xatırlayır.
Universitet müəlliminin qızı olan So Yen ölkənin ən şimal hissəsində böyüyüb. 1990-cı illərdə Şimali Koreyada aclıq başlayanda o könüllü olaraq orduya xidmətə gedir ki, gündəlik yeməyə zəmanət verilir. Minlərlə başqa qadın da bu yolu tutur.
“ Bu gün Şimali Koreyadan gələn informasiyaya böyük tələbat var. KİV üçün  informasiyalar pul müqabilində olarsa mütləq şişirdilmiş şəklində olduğundan ehtiyatla yanaşılır.
Li So Yen Bi-bi-ci-dən pul alıb müsahibə verib.
17 yaşlı Li So Yenə də ordu həyatı maraqlı gəlib. Onu daha çox ona verilən elektrik fen olub, çünki elektrik enerjisi hər zaman verilməyib.
“Altı aydan sonra stres və az yeməyin ucbatından menustrasiyamız dayandı. Qadınlar deyirdi ki, menustrasiyasının olmamasından şaddırlar. Ona görə sevinirdilər ki, vəziyyət o qədər ağır idi ki, aybaşı olsaydı , daha pis olacaq idi.”
Şimali Koreyadan qaçanların 70%-i qadınlardı. Bu ölkədə qadınlar arasında işsizliyin yüksək faizi ilə bağlıdır. Onların yarısı 20-30 yaşında olanlardır. Bu onunla əlaqədardır ki, gənclər çayı üzüb keçə bilirlər və ağır səyahət etməyə dözə bilirlər.
Li So Yen deyir ki, orduda  intim gigiyena üçün heç bir vəsait yoxdur, ona görə də o və başqa qadınlar  əskini dəfələrlə istifadə edirdilər. “Qadınlar ənənəvi olaraq pambıqdan istifadə edirdilər və kişilərin gözündən uzaq olmaq üçün hər gün çox erkən qalxıb yuyurdular”
“Söhbət etdiyim 20 yaşlı qızlardan biri deyirdi ki, o qədər məşq etmişdim ki, iki ay menustrasiyam olmadı”
Amma, 2015-ci ildə elan oldu ki, Şimali Koreyanın 18 yaşına çatmış bütün qadınları  orduda yeddi illik xidmətə məcburdurlar.
Və gözlənilmədən Şimali Koreya rəhbərliyi göstəriş verdi ki, orduda qadınlar üçün Daedong gigiyenik ləvazimatlar istifadə olunacaq.
“Qadınlar fikirləşirdi ki, aha, bizim haqqımızda da düşünürlər”
Hərbi hissələrdə çox vaxt qadınlar üçün ayrıca tualet olmadığından , onlar öz ehtiyaclarını bəzən kişilərin gözü qarşısında etməyə məcbur olurlar “
Həmsöhbətlərdən biri deyir ki, ordudakı qadınlar söyləyirlər ki, hərbiçilər qadınlara təcavüz edirlər, amma heç biri boynuna almır ki, onun özü ilə də belə bir hadisə baş verib.
Li So Yen deyir ki, “rota komandiri hərbi hissədəki kabinetində hərbiçi qızları tez-tez zorlayır. Bu hər gün baş verir, sanki sonu da yoxdur. 2008-ci ildə Li So Yen qərara alır ki, Cənubi Koreyaya qaçsın. İlk dəfə uğurlu alınmır və bir il həbsdə qalır. İkinci dəfə o Tumanqan çayını üzüb keçir və Çinə çatır və ara adamı onun Cənubi Koreyaya keçməsinə yardımçı olur.
moderator.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin