Separatçıların “parlamenti”ndə azərbaycanca söyüş və… – İttiham

0
2451

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların “parlamentində“ gərgin anlar yaşanıb
Teleqraf.com “Haykakan Jamanak” qəzetinə istinadla xəbər verir ki, büdcənin müzakirəsi vaxtı “deputat” Hayk Xanumyan öz həmkarı Zanna Qaltsyanı təhqir edib.
Qaltsyanı Azərbaycan dilində söyən Xanumyan onu “Azərbaycanın agenti” adlandırıb. O, büdcənin Xanumyan və separatçı rejimin yetkililəri tərəfindən talandığını bildirib.
Separatçıların lideri Bako Saakyanın Qarabağda çaxnaşma yaratdığını bildirən Hayk Xanumyan onu istefaya çağırıb. O, bununla əlaqədar yaxın günlərdə Xankəndində etiraz aksiyalarına başlayacaqlarını diqqətə çatdırıb.
“Deputat” Bako Saakyanın da Azərbaycana işlədiyini iddia edərək, onun xəyanət etməkdə ittiham edib.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin