Separatçıların davası: kimlər Bakıdan təlimat alır, İrəvana kim zəng edib?

0
128

Qarabağdan qaçan separatçıların İrəvanda qarşıdurması yenidən başlayıb.

RealMedia.az xəbər verir ki, buna səbən separatçılara nəzarəti ələ keçirmək istəyən Samvel Babayanın irəli sürdüyü iddiadır.

Babayan iddia edir ki, separatçıların “sonuncu başçısı” Samvel Şahramanyan Bakı ilə danışıqlar aparır, Azərbaycandan təlimat alır.

“Çox sevdiyiniz Samvel Şahramanyan hər gün Bakıya zəng edir, danışır. O nədən danışır?”, – Babayan bildirib.

Əlavə edib ki, bu barədə məlumatı ona separatçıların keçmiş qondarma “parlamentinin üzvləri” verib.

Qeyd edək ki, bundan öncə Bakıda həbsdə olan separatçıların keçmiş “başçıları” Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyanın yaxınları ilə yanaşı, Samvel Şahramanyanla da əlaqə saxladığı iddiası ortaya atılıb. Bunu Şahramanyanın adamı Davit Qalstyan deyib.

“İravunk” nəşri iddia edir ki, Bakıdan İrəvana zəng edən separatçıların keçmiş “rəhbərləri” Şahramanyandan Qarabağla bağlı danışarkən daha ehtiyatlı olmadığını, ümumiyyətlə bu haqda danışmamağı xahiş ediblər.

Bu məlumat Şahramanyanın nüfuzunun qaldırılmasına yönəlmiş gediş kimi görünür. Bütün bu iddialar isə daha çox separatçılar arasındakı qarşıdurmanın təzahürü olan fantaziya kimi görünür.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin