SENSASİYA! 2-3 ay vaxt qalıb, Çin Rusiyaya qarşı…

0
93

Rusiyanın Ukraynadakı vəziyyəti öz xeyrinə çevirmək üçün 2-3 ay vaxtı var. Bu müddət ərzində Çin Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq.

RealMedia.az Publika.az-a istinadən xəbər verir ki, bunu Sankt-Peterburqdakı Uzaq Şərq Ölkələrinin Öyrənilməsi Mərkəzinin rəhbəri, sinoloq Kirill Kotkov bildirib.

“Hər şey Ukraynadakı hadisələrdən asılıdır. İnanıram ki, qarşıdakı 2-3 ay hər şeyi həll edəcək. Rusiya üçün hər şey yaxşı olarsa, o zaman Çin ölkəmizi dəstəkləyəcək. Hadisələr Moskva üçün əlverişsiz ssenari üzrə getsə, ÇXR tez bir zamanda siyasətini dəyişəcək” – K.Kotkov qeyd edib.

O hesab edir ki, Pekin həm Moskva, həm də Qərb tərəfdaşları ilə münasibətləri qorumağa çalışacaq və buna görə də bu məsələlərdən mümkün qədər uzaq olacaq.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi bildirmişdi ki, ABŞ hakimiyyəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya-Çin münasibətlərini korlamaq cəhdlərini dayandırmalıdır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin