Seçkilərlə bağlı CƏZALANDIRMA BAŞLAYIR – İlk hədəf ODUR!

0
121

Son çıxışlarında Prezident İlham Əliyev əyri yol seçən rayon rəhbərlərinə qarşı sərt addımların atılacağını xüsusi qeyd etməklə yanaşı, eyni zamanda seçkilərə müdaxilə edənlərlə bağlı da ciddi ölçü götürüləcəyini bəyan etdi.

Bnunla bağlı hökumətdəki mötəbər mənbənin iddialarına görə, Prezidentin sözügedən reaksiyalarının yaxın günlərdə əməli ifadəsinə hər kəsin şahidlik edəcəyini bildirir.

“Konkret olaraq İmişlinin icra başçısı Vilyam Hacıyev məhz seçkilərə müdaxiləsi səbəbindən ilk hədəfdə olan başçdır və onunla bağlı bu gün belə qərar verilə bilər”.

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfə də fikirlərini ifadə edə bilməsi üçün yer ayırmağa hazırıq…(dia.az)

****

“RealMedia.az” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə seçkilər etibarsız hesab edilərək, səsvermənin nəticələri ləğv edilib. Qeyd edək ki, həmin dairədən namizdəliyini irəli sürmüş və səs vermə “nəticələrənə” görə Cingiz Qənizadə “qalib” elan edilmişdir.

“RealMedia.az”-ın məlumatlara görə, 80 saylı İmişli – Beyləqan seçki dairəsi üzrə 49 seçki məntəqəsi fəaliyyət göstərib. Onlardan 19 -u Beyləqan seçki dairəsinə, 30 məntəqə isə İmişli seçki dairə məntəqəsinə aiddir.
Məlumatda o da bildirilir ki, MSK-sı tərəfindən pozuntu hallar İmişli seçki dairəsi üzrə 29 məntəqədə qeydə alınıb. Beyləqan seçki dairəsi üzrə isə heç bir pozuntu halları ilə rastlaşılmayıb.
RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin