Seçkilərin ilkin nəticəsi: Rusiya Moldovanı da uduzur…

0
217

Moldovada keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb.

RealMedia.az xəbər verir ki, bu gün baş tutan ikinci turda ölkənin sabiq baş naziri Maya Sandu 51,73 faiz səslə liderlik edir.

Hazırkı Prezident İqor Dodon isə 48,27 faiz səs toplayıb.

MSK səslərin 80 faizdən çoxunun sayıldığını açıqlayıb.

Qeyd edək ki, Dodon rusiyameyilli siyasətçi kimi tanınır, Sandu isə qərbpərəstdir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin